SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nardaranda dindarlarla görüş keçirilib

5-10-2016, 15:50 | Oxunub: 7 874 |

Nardaranda dindarlarla görüş keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində “Rəhimə xanım ziyarətgahı” məscidində dini icma üzvləri və qəsəbə dindarları ilə görüş keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qurum sədrinin müavini Səyavuş Heydərov, Sabunçu Rayon İcra Hakimiyyəti və yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak ediblər.

Səyavuş Heydərov çıxış edərək Azərbaycandakı nümunəvi tolerant və multikultural mühit, eyni zamanda mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər haqqında məlumat verib. O bildirib ki, ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara daim diqqət və qayğı göstərilir.

Məhərrəm ayının başlanması haqda danışan sədr müavini bununla əlaqədar bütün məscidlərdə, o cümlədən “Rəhimə xanım ziyarətgahı”nda da əzadarlıq tədbirlərinin, anım mərasimlərinin QMİ-nin Qazılar Şurasının bununla bağlı verdiyi fətvaya uyğun, o cümlədən, qanunvericilik çərçivəsində həyata keçiriləcəyinə əmin olduğunu bildirib. Səyavuş Heydərov sosial dayağı olmayan radikal meyilli dairələrə qarşı mübarizə ilə bağlı görülən ardıcıl, məqsədyönlü maarifləndirmə tədbirləri barədə də iştirakçılara ətraflı məlumat verib. “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov, qəsəbə ağsaqqalları Hacıağa Nuriyev və Seyfulla Əlizadə çıxışlarında dindarların dövlətin qayğısı və diqqəti ilə əhatələndiyini qeyd edərək, Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və aidiyyəti qurumlara öz minnətdarlıqlarını bildiriblər.

Ötən il Nardaran qəsəbəsində baş vermiş xoşagəlməz hadisələrə toxunan çıxışçılar qəsəbə əhalisinin bu proseslərdə iştirakının olmadığını, radikal dini dairələrin kənardan idarə olunduğunu vurğulayıblar. Bütün ölkə üzrə olduğu kimi, Məhərrəm ayı ilə əlaqədar Nardaran qəsəbəsində də əzadarlıq tədbirlərinin qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcəyini qeyd ediblər. Qəsəbənin dini icmasının üzvləri dinə aidiyyəti olmayan bəzi qrupların Nardaran camaatı adından çıxış etmələrini yolverilməz hesab ediblər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR