17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NARDARAN SAKİNLƏRİ BÖYÜK KİÇİK YERİNİ YAXŞI BİLİRLƏR
"Azərbaycanda din pərdəsi altında bəzi məkrli dairələrin həyata keçirməyə dəfələrlə cəhd etdiyi dini radikalizmə, dini ekstremizmə yer yoxdur və olmayıb. Azərbaycan dünyəvi, hüquqi, tolerant dövlətdir və onun Konstitusion dövlət quruluşunu dəyişməyə, devirməyə, dinə dayanan dövlət quruluşunu bərqərar etməyə yönəlik bütün cəhdlər hər zaman iflasa məhkumdur".
"EMTV.az" Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.
Komitə sədri bu baxımdan hesab edir ki, son Nardaran hadisələri, orada 3 qurumun birgə xüsusi əməliyyat da göstərdi ki, Azərbaycan dövləti və hakimiyyəti dini ekstremizmə, dini radikalizmə qarşı mübarizədə son dərəcədə qətiyyətlidir, bu mövqeyindən bir an olsun belə geri çəkilmək niyyətində deyil.
"Eyni zamanda, Nardaran qəsəbəsində baş verən son hadisələri bütün nardaranlıların adına yazmaq ədalətsizlik olardı"-deyən E. İbrahimov bildirib ki, qəsəbədəki olaylar, insanların öldürülməsi, qarşıdurmalar, bəzi nardaranlıların din pərdəsi altında malalanan dələduzların təsirinə düşməsi qəlbimizi ağrıtmaqla bərabər, həm də bizdən hadisələrə düzgün, obyektiv qiymət verməyi tələb edir. Onun dediyinə görə, çünki Nardaranda hamı Tale Bağırzadə və onun təsiri altına düşən insanlar kimi düşünmür. O, deyib ki, qəsəbə sakinləri ağsaqqalın, böyüyün, kiçiyin yerini yaxşı bilirlər, insanlar öz ziyalılarını, tanınmışlarını qiymətləndirməyi bacarırlar. Komitə sədrinin bildirdiyinə görə, dinə bağlı olan, Allaha daim səcdə edən bu insanları ürəkləri yumşaq olduğu üçün din, şəriət adı altında aldatmaq o qədər də çətin deyil.
"Onlar bəzi yalançı, təxribatçı dindarlara dindarlıqlarına görə bir neçə dəfədir ki, xoşagəlməz və qəsəbə sakinlərinin adına layiq olmayan hallarlal qarşılaşırlar ki, bu da təəssüf doğurur. Nardaran camaatı din pərdəsi altında dünyanı viran qoyan, islamı gözdən salan, Quranımıza və peyğəmbərimizə ləkə yaxan terrorçuların, təxribatçıların əməllərini düzgün qiymətləndirməlidirlər.
Hadisələrə açıq gözlə baxmalıdırlar. Onlar bilməlidirlər ki, dünyada baş verən hadisələrdən Azərbaycan da əziyyət çəkir və ölkəmizdə də ictimai-siyasi sabitliyi pozmağa, dövlətimizi sarsıtmağa, qarşıdurmalar törətməyə maraqlı olan qüvvələr az deyil. Sözsüz ki, Azərbaycan dövləti güclüdür, qüdrətlidir, möhkəmdir və hər cür təxribatın qarşısını almağa qadirdir, elə son xüsusi əməliyyat da bir daha bu qətiyyətin nümayişi oldu. Nardaranda baş verən son hadisələr bunu bir daha göstərdi və ancaq ölkəsini sevən heç bir kəs bu mənfi halların baş verməsini istəməzdi. Allahı sevmək, dinə bağlılıq hər bir insanın öz işidir. Ancaq dini oyuncağa , siyasi maraqlara, ölkəmizə qarşı təxribata çevirənlərə inanmaq, onlara dəstək olmaq, təsir altına düşmək yolverilməzdir.
Biz dünyaya yaşamaq, xoşbəxt, azad həyat sürmək üçün doğulmuşuq. Öldürmək, incitmək, bədənə ziyan vurmaq, dövlətə və xalqa xəyanət etmək isə Allahımıza, həm də dinimizə yaddır"-deyə, E. İbrahimov bildirib.
Bununla yanaşı, komitə sədri dini ekstermizə qarşı mübarizə ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişiklikləri, o cümlədən, bu yöndə ayrıca qanun layihəsinin hazırlanaraq parlament müzakirələrinə çıxarılmasını və qəbul olunmasını da müsbət məqam kimi qiymətləndirib:
"Hesab edirəm ki, həm məlum dəyişikliklər, həm də "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi Konstitusiyamızla da tam üst-üstə düşür, onunla səsləşir. Məhz Konstitusiyamızın müvafiq 18-ci maddəsində də göstərilir ki, din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini etiqadların) yayılması və təbliği qadağandır. Bu baxımdan bir daha hesab edirəm ki, sözügedən dəyişikliklər və yeni qanun vacibdir, əhəmiyyətlidir".