SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

QAFQAZ MÜSƏLMANLAR İDARƏSİ ÜZVLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

3-12-2015, 16:17 | Oxunub: 14 544 |

QAFQAZ MÜSƏLMANLAR İDARƏSİ ÜZVLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri, Azərbaycanın bölgələrindən olan din xadimləri və alimləri ölkəmizin dini ictimaiyyətinin narahatlığını, dindarların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

"EMTV.az"-ın APA-a istinadən xəbərinə görə, müraciətdə deyilir ki, din xadimləri, QMİ-nin Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə, tolerant və multikultural mühitə və məzhəblərarası münasibətlərə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq niyyəti ilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş terror hadisəsinin dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir: “Baş verənlər xarici və daxili pozucu qüvvələr tərəfindən siyasi məqsədlərlə gündəmə gətirilən, cəmiyyətdə nifaq salmaq və dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir. Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerant həyat tərzinə xələl gətirə biləcək hər hansı xain layiqli cəzasını almalıdır. Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən nəticə çıxararaq məkrli niyyətlərinə son qoymalıdır.

Tale Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman Birliyi” adlı qondarma qurumun dindarlara heç bir aidiyyəti yoxdur və QMİ tərəfindən dini qurum kimi tanınmır.

QMİ-nin Dini Şurası və Qazılar Şuralarının üzvləri olaraq hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edirik ki, ölkəmizin bütün inanclı insanlarının dərin narahatlığına səbəb olmuş bu hadisəni, kimliyindən asılı olmayaraq dindən sui-istifadə etməklə törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi-siyasi qiymət verilsin.

Bu, Azərbaycan dindarlarının haqlı tələbidir.

Əminik ki, sabitlik və inkişafımızı gözü götürməyən qüvvələrin bu kimi təxribatçı cəhdləri möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz” .

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR