17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"JURNALİSTLƏR CƏZALANDIRILACAQ"-SİYAVUŞ NOVRUZOV
Milli Məclisin bugünkü iclasında İctimai birliklər və dini qurumlar üzrə komitənin sədri Sİyavuş Novruzov “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsini təqdim edib.
"EMTV.az" Modern.az-ın xəbərinə görə. O qeyd edib ki, uzun müddətdir Azərbaycan cəmiyyətində belə bir qanunun olması ilə əlaqədar parlamentə kifayət qədər təkliflər daxil olub və həmin komitə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsi birlikdə bu qanun üzərində çalışıb:
“Bu qanun Milli Məclisin plenar iclasına tövsiyə olunub. Qanunun əsas məğzi dini ekstremizmlə bağlıdır. Azərbaycanda bu gün dini forma, dinin modeli başqa ölkələrdən fərqlidir və hesab edirəm ki, bu, ən düzgün modeldir. Azərbaycanda bu sferada olan işlər digər ölkələrdə yoxdur.
Azərbaycanda dinlə dövlət ayrı olsa da, dövlət hər zaman dinin yanındadır. Mötəbər dini tədbirlər Azərbaycanda keçirilir. Bəzi hallarda görürük ki, din pərdəsi altında ayrı-ayrı ölkələr öz ideologiyalarını Azərbaycana yürütmək istəyirlər. Çalışırıq ki, bu ideologiyaların qarşısı alınsın.
Son zamanlar dünyaya nəzər salsaq görərik ki, islam adı altında terror qrupları, ayrı-ayrı təşkilatlar öz ideologiyalarını, məkrli siyasətlərini həyata keçirmək istəyirlər. Bizim təqdim etdiyimiz qanun layihəsi bu kimi halların qarşısının alınmasına xidmət edəcək”.
Siyavuş Novruzov onu da vurğulayıb ki, bir sıra insanlar bu qanun layihəsinin Nardaran hadisələri ilə bağlı olduğunu deyirlər:
“Əslində bununla bağlı əvvəldən təkliflər var idi və gərək biz o zamanlar bunu qəbul edərdik. Bəzi insanlar başqa ölkələrə gedib din altında döyüşür, sonra Azərbaycana gələrək orada öyrəndikləri ideologiyanı təbliğ etməyə çalışırlar. 3 il bundan qabaq “ərəb baharı” başlayandan biz bunu Milli Məclisdə müzakirə etdik və çalışdıq ki, bu kimi halalların qarşısı alınsın”.
Onun fikrincə, bəzi mətbuat orqanları qızışdırıcı mövqe tutur:
“Bu qanun layihəsində belə hallara qarşı maddələr var. Dəqiqləşdirilməmiş və icazə verilməyən məlumatların yayılmasına görə mətbuat orqanı və jurnalist məsuliyyət daşıyacaq.
Ümumilikdə son hadisələr göstərdi ki, bu qanun layihəsinin qəbulu vacibdir. Son hadisələr göstərdi ki, insanlarımız ayıq-sayıq olmalıdır və atdıqları addım Azərbaycanın qanunlarına uyğun olmalıdır.
Görürsən ki, haradasa təlim keçmiş insan başqa-başqa zonalarda, yerlərdə Azərbaycanın dövlət quruluşunun pozulmasına qarşı addım atırlar, canfəşanlıq göstərirlər. Nardaranda törədilən hadisə terrordur və bunun dinə heç bir aidiyyəti yoxdur”.