17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"BÖYÜK MƏSCİDLƏRƏ VEB-KAMERALARIN QURAŞDIRILMASI PLANLAŞDIRILIR"- MÜBARİZ QURBANLI
"Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil, biz bu məsələni zamanla həll etməliyik". Trend-in məlumatına görə, bunu bu gün Bakıda "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hazırda böyük məscidlərin bir çoxunda belə kameralar var. M.Qurbanlı bunların təhlükəsizlik tədbirləri ilə əlaqədar quraşdırıldığını qeyd edib: "Məscidlərdə veb-kameralar olmalıdır. Orada hər hansı təxribat törətmək planını bu cür kameralar vasitəsilə aşkar etmək, aradan qaldırmaq olar. Bunu zaman-zaman əksər məscidlərdə tətbiq etmək lazımdır".
Komitə sədri qeyd edib ki, rayonlardakı məscidlərdə də bu cür veb-kameraların quraşdırılması nəzərdə tutulur: "Əksər rayon mərkəzlərində cümə məscidləri var. Əsasən, böyük məscidlərdə veb-kameraların quraşdırılması planlaşdırılır. Bunu tədricən daha geniş şəkildə tətbiq etmək lazım gələcək".