SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransı olub

29-10-2016, 09:25 | Oxunub: 11 460 |

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransı olubOktyabrın 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransı keçirilib.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli təşkilatın konfranslararası dövrdə fəaliyyəti və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi bildirib ki, 24 il əvvəl – 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası özünün qurucusu ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə tarixi yol keçib. Bu yol müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm tarixi mərhələni təşkil edir. 1990-cı illərin əvvəllərində Azərbaycanda gərginliyin hökm sürdüyü bir vaxtda, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikamızda mütərəqqi tədbirlər həyata keçirilib, müstəqil dövlətçiliyimizin əsasları təsis edilib. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ilə müstəqillik tarixinin əsl dövlət quruculuğu mərhələsi başlanıb. 1993-cü ildə ulu öndərimizin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bu quruculuq prosesi dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə əvəzsiz töhfəsini verib.

Qeyd olunub ki, hazırda muxtar respublikamızda Yeni Azərbaycan Partiyasının 52 min nəfər üzvü arasında Naxçıvan Şəhər Təşkilatında qeydiyyatda olan partiya üzvləri əhəmiyyətli mövqeyə malikdirlər. X konfransını 2013-cü il may ayının 31-də keçirən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı hesabat dövründə ölkəmizin və muxtar respublikamızın ümumi inkişaf tempi ilə uyğunlaşmağa çalışıb, öz işində partiyanın Nizamnamə və Proqram tələblərinin, qurultayların, Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslarının, partiya rəhbərliyinin qərarlarının, sərəncamlarının və tapşırıqlarının həyata keçirilməsi istiqamətində ciddi səy göstərib.

“Məlumdur ki, partiyanın əsas inkişaf istiqamətlərindən biri partiyaya yeni üzvlərin qəbulu məsələsidir. Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatı 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, öz sıralarında 150 ərazi ilk təşkilatı üzrə 16 min 78 nəfəri birləşdirir. Onun 8 min 355 nəfərini, yaxud 52 faizini qadınlar, 9 min 85 nəfərini, yaxud 56,5 faizini gənclər təşkil edir”, – deyən Elman Cəfərli diqqətə çatdırıb ki, hesabat dövründə partiya sıralarına 1665 nəfər üzv qəbul edilib. Onların da 1292 nəfərini, yaxud 77,6 faizini gənclər, 1137 nəfərini, yaxud 68,2 faizini qadınlar təşkil edir. Ərazi ilk partiya təşkilatı sədrlərindən 60 nəfəri qadınlar, 68 nəfəri gənclərdir.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin göstərişi ilə ilk təşkilatların Nizamnamə tələblərinə uyğun ərazi sistemi üzrə yenidən təşkili ilə bağlı aparılan ciddi iş partiya fəaliyyətinin daha da təkmilləşdirilməsinə, partiyadaxili işin operativliyinin təmin olunmasına, təşkilatdaxili pərakəndəliyin aradan qaldırılmasına, həm şəhər təşkilatının rəhbər strukturlarının, həm də ilk təşkilatların siyasi məsuliyyətinin və partiyada siyasi kadrların yetişdirilməsi işində səmərəliliyin artırılmasına səbəb olub. Nəticədə, konfransqabağı hesabat-seçki yığıncaqlarının keçirilməsi kampaniyası zamanı ilk partiya təşkilatlarının yenidən təşkili ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının əhatə etdiyi ilk təşkilatların sayı 187-dən 150-yə enib, siyasi işin keyfiyyət səviyyəsi yüksəlib. Bu gün muxtar respublikamızın əsas siyasi və elmi potensialı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sıralarında cəmləşib. Təşkilat üzvlərindən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 20 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarıdır. Üzvlərimizdən 2 nəfəri akademik, 6 nəfəri AMEA-nın müxbir üzvü, 20 nəfəri elmlər doktoru, 159 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktorlarıdır.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının nəzarət-təftiş qrupunun hesabatı və təşkilatın XI konfransının mandat komissiyasının məruzəsi dinlənilib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayevanın, təşkilatın Gənclər Birliyinin sədri Cəbi Quliyevin, Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyevin məruzələr ətrafında çıxışları olub.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının uğurlu fəaliyyətindən, Naxçıvan şəhərində görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyasının Naxçıvanda təşəkkül tapması, partiyanın təşkilatlanmasının məhz buradan başlanması Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatını əhatə edən rayon (şəhər) təşkilatlarının şanlı tarixinin yazılması ilə yaddaqalan olub. 1993-cü il noyabrın 5-də Naxçıvan şəhərində təsis konfransı ilə ilk addımlarına qədəm qoyan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı bu gün öz ətrafında 16078 partiya üzvünü birləşdirir ki, bu da bütövlükdə, muxtar respublikadakı partiya üzvlərinin 31 faizini təşkil edir. Olduqca böyük qüvvə olan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı muxtar dövlətimizin paytaxtının ictimai-siyasi həyatında çox yaxından iştirak edir. Partiyanın gücünün göstəricisi, necə deyərlər, onun ölçü indikatoru təşkilatın seçkilərdəki nəticələri ilə ölçülür. Bu mənada, son 5 ildə, 2011-2016-cı illərdə ölkəmizdə və muxtar respublikada keçirilmiş bütün seçkilərdə Naxçıvan şəhərində çox yüksək dəstək alan Yeni Azərbaycan Partiyasının nəticələri bunu deməyə əsas verir ki, bizimlə burda siyasi rəqabət apara biləcək heç bir qüvvə yoxdur.

Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının yeni seçiləcək heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Elman Cəfərli yenidən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri seçilib.

Daha sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı şəhər şurasının üzvləri seçilib və onların sayı 23 nəfərdən 29 nəfərədək artırılıb. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı nəzarət-təftiş qrupunun 5 nəfərdən ibarət tərkibi, Qadınlar Şurasının və Gənclər Birliyinin hər birinin 11 nəfərdən ibarət üzvü seçilib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı şurasının iclası keçirilib, idarə heyətinin üzvləri və şəhər təşkilatının sədr müavini seçilib. Qadınlar Şurasının və Gənclər Birliyinin iclaslarında da sədr və sədr müavinləri seçilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR