SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MR-da BƏSTƏKARLAR TƏŞKİLATININ KONFRANSI KEÇİRİLDİ

23-01-2016, 13:13 | Oxunub: 13 096 |

NAXÇIVAN MR-da BƏSTƏKARLAR TƏŞKİLATININ KONFRANSI KEÇİRİLDİ
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilmişdir.

"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.

Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov çıxış edərək bildirmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına böyük qayğı göstərilir, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. 2000-ci ilin may ayından yeni tələb və tapşırıqlarla fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı artıq 15 ildir ki, müntəzəm olaraq muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir.

Qeyd olunmuşdur ki, hesabat dövründə təşkilat üzvlərinin əsərləri ölkəmizdə keçirilən mötəbər tədbirlərdə səsləndirilmiş və böyük rəğbətlə qarşılanmışdır. Belə ki, 30 ok­tyabr – 5 noyabr 2014-cü ildə keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının musiqi festivalında Naxçıvan bəstəkarlarının əsərləri də səsləndirilmişdir.
İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvü Günay Məmməd­ova təşkilatın sədri vəzifəsinə tanınmış bəstəkar Yaşar Xəlilovun namizədliyini irəli sürmüşdür. Təklif yekdilliklə dəstəklənmişdir.
Naxçıvan Muxtar Respublikası Bəstəkar­lar Təşkilatının yeni sədri Yaşar Xəlilov ona göstərilən etimada görə təşkilat üzvlərinə minnətdarlığını bildirmiş, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd etmişdir.
Konfransın qərar layihəsi oxunmuş və yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək Bəstəkarlar Təşkilatının ötən müddət ərzində fəaliyyətində olan nöqsanlardan danışmışdır. Qeyd etmişdir ki, təşkilat gələcəkdə buraxılan nöqsanları aradan qaldırmalı, muxtar respublikada musiqi mədəniyyətinin inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirməlidir. Naxçıvanı vəsf edən yeni əsərlər yaradılmalı, istedadlı gənc­lərin üzə çıxarılması məqsədilə müsabiqələr təşkil edilməli, xalq rəqsləri və yallıların aşkar edilib nota köçürülməsi, hesabat konsertlərinin, tanınmış bəstəkar və musiqiçilərin xatirə gecələrinin, ustad dərslərinin keçirilməsi təmin olunmalıdır.

informasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR