SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MR-nın ŞƏRUR RAYONUNDA YAP-ın ŞURA İCLASI KEÇİRİLİB

16-01-2016, 12:30 | Oxunub: 18 895 |

NAXÇIVAN MR-nın ŞƏRUR RAYONUNDA YAP-ın ŞURA İCLASI KEÇİRİLİB
"EMTV.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan MR-nın Şərur Rayon Təşkilatının növbəti şura iclası keçirilmişdir. Həmin iclasda YAP-ın Şərur rayon təşkilatının 2015-ci ildə gördüyü işlərlə bağlı partiya üzvlərinə məlumat verilmiş və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində təşkilat üzvlərinin vəzifələri müəyyənləşdirilmişdir.

Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev mövzu ilə bağlı məruzə etmişdir.


Qeyd olunmuşdur ki, Ali Məclisin sessiyasında da vurğulandığı kimi, 2015-ci ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Qazanılan bütün uğurlar Azərbaycanda, eyni zamanda muxtar respublikamızda ulu öndər Heydər Əliyev ideyalarına dərin sədaqətin bəhrələridir. Fərəhli haldır ki, bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyası üzvlərinin xidməti daha çoxdur.

Əmir Babayev bildirmişdir ki, rayon təşkilatı iş planına uyğun olaraq 2015-ci ildə bir sıra tədbirlər həyata keçirmişdir. Şura və idarə heyətinin yığıncaqlarında həyati əhəmiyyət kəsb edən məsələlər müzakirə edilmiş, qərarlar qəbul olunmuş və onların icrasına nəzarət artırılmışdır. Bundan başqa, əlamətdar və tarixi günlər kütləvi tədbirlərlə qeyd edilmişdir. Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının və Heydər Əliyev adına Gənclər Birliyinin xətti ilə də bir sıra tədbirlər keçirilmişdir.
Vurğulanmışdır ki, təşkilat 10 min 388 nəfər partiya üzvünü özündə birləşdirir. Onların 2 min 967 nəfərini, yəni 25,5 faizini qadınlar, 3 min 556 nəfərini, yaxud 34,2 faizini gənclər təşkil edir. Ötən il Yeni Azərbaycan Partiyası sıralarına 112 nəfər qəbul olunmuşdur ki, bunların da 46 nəfəri qadınlar, 88 nəfəri gənclərdir. Bu gün əsas vəzifələrimizdən biri əhali arasında ideya-siyasi işi gücləndirmək, partiya üzvlərinin fəallığını daha da artırmaq üçün yerlərdə mütəmadi tədbirlər keçirmək, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə partiyamızın rolundan söhbətlər açmaq, keçiriləcək siyasi kampaniyalarda partiyanın mövqeyini, partiya üzvlərinin vəzifələrini izah etməkdən ibarət olmalıdır. Ümumiyyətlə, hər bir Yeni Azərbaycan Partiyası üzvü tutduğu vəzifədən asılı olmayaraq, bundan sonra da partiya məsuliyyətini dərindən dərk etməli, partiyanın Proqram və Nizamnaməsində nəzərdə tutulmuş prinsiplərə əməl olunmalı, siyasi proseslərdə, quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərində fəallıq göstərilməlidir.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sədri Orxan Məmmədov və başqaları çıxış etmişlər.

"EMTV.az" informasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR