SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının XI konfransı keçirilib

27-10-2016, 08:20 | Oxunub: 13 119 |

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının XI konfransı keçirilibKonfransın katibliyi seçildikdən sonra gündəlikdə duran məsələlər elan olunub.
Hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirib ki, təşkilatın X konfransından ötən müddət ərzində rayon partiya təşkilatının sıraları nəzərəçarpacaq dərəcədə genişlənib. X konfransdan keçən müddət ərzində təşkilatın idarə heyətinin 42 iclası keçirilib, bu iclaslarda 84-dən çox məsələ müzakirə edilib. X konfransdan ötən dövrdə Yeni Azərbaycan Partiyası sıralarına 637 nəfər üzv qəbul olunub. Bu gün Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının üzvlərindən 1611 nəfərini gənc­lər, 2752 nəfərini isə qadınlar təşkil edir.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının qeydiyyatında duran partiya üzvləri ulu öndər Heydər Əliyevin uzun illər üçün müəyyənləşdirilmiş quruculuq siyasətinin bu bölgədə uğurla həyata keçirilməsində fəallıq göstərirlər. Ümummilli liderimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu bu siyasət hesabına gündən-günə çiçəklənir. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində hər il quruculuq işləri görülür. Təhsil, səhiyyə, mədəniyyət, rabitə müəssisələri, müxtəlif dövlət qurumları üçün yeni binalar inşa olunur, müasir standartlara cavab verən yollar salınır, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır, emal və istehsal müəssisələri, yeni iş yerləri yaradılır, əhalinin sosial müdafiəsi gücləndirilir. Bu proseslərdə partiya fəalları öndə gedirlər.

Qürbət Rzayev deyib ki, bundan sonra da Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı muxtar respublikamızın və eləcə də Ordubad rayonunun daha da çiçəklənməsi yolunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində var qüvvəsini əsirgəməyəcəkdir.
Məruzə ətrafında çıxışlar olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası təsis olunduqdan sonra Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları partiyanın cəmiyyətdəki mövqeyini daha da artırıb, onun ümumxalq partiyası olduğunu təsdiqləyib.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının xalqın ən inamlı partiyası olmasını şərtləndirən digər vacib amil partiya sıralarına Azərbaycanın intellektual gənc­lərinin axınıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının da fəaliyyəti təqdir­olunasıdır. Konfranslararası dövrdə rayon təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun müəyyən etdiyi konkret tapşırıqlar əsasında qurmağa çalışıb. Təşkilatın bundan sonra da əsas hədəfi onun cəmiyyətdəki nüfuzunun qorunması, gələcək dövr üçün üzvlərin qəbulu zamanı tələbkarlığın davam etdirilməsi, ən layiqli və ən əsası Ali Məclis Sədrinin qeyd etdiyi kimi perspektivli insanların, xüsusən də gənclərin irəli çəkilməsi olmalıdır. Ərazi prinsipinə görə yenidən təşkilatlandırılan ilk partiya təşkilatları isə yerlərdə onlara yaradılan şərait­dən maksimum istifadə edərək daha aktiv şəkildə partiya siyasətinin həyata keçirilməsinin təbliğatçısı və təşəbbüskarına çevriləcəklər.
Sonda icra katibi rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra konfransın qətnaməsi oxunaraq qəbul edilib.
Konfransda təşkilati məsələyə baxılıb. 19 nəfərdən ibarət şura, Qürbət Rzayev Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, 3 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 9 nəfərdən ibarət Gənclər Birliyi, 9 nəfərdən ibarət Qadınlar Şurası seçilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR