18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
QƏNİRƏ PAŞAYEVA TAİLANDIN İDMAN NAZİRİ İLƏ GÖRÜŞDÜ
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın Turizm və İdman naziri Kobkarn Vattanavrangkul ilə görüşüb.
"EMTV.az" xəbər verir ki, görüş zamanı Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin turizm potensialı və idman sahəsində əldə etdiyi uğurlar barədə danışıb.
"Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına önəm veririk" - deyən Kobkarn Vattanavrangkul bildirib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və qarşılıqlı səfərlərin artması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir.
Turizm də daxil olmaqla ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üzün böyük imkanlar olduğunu xüsusi vurğulayan millət vəkili Tailandın turizm və idman nazirini ölkəmizə rəsmi səfərə dəvət edib. Q. Paşayeva nazirə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib.
Tailandda çoxsaylı görüşlər keçirən millət vəkili Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı bu gözəl ölkəni daha geniş tanımaq imkanı da olub və bu ona Tailandla bağlı maraqlı bir kitab hazırlamaq üçün də önəmlidir.
K. Vattanavrangkul ölkəsini Azərbaycanda daha geniş tanıdacaq belə bir kitab və layihə üçün millət vəkilinə təşəkkür edib və Azərbaycana dəvəti böyük məmuniyyətlə qəbul edib.
Q. Paşayeva Tailandda da Azərbaycanı daha geniş tanıdacaq bir kitaba, sənədli filmə və layihələrə ehtiyac olduğunu deyərək bu istiqamətdə də təkliflərini səsləndirib və geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Q. Paşayeva Tailandın turizm və idman nazirinə rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.