17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ULU ÖNDƏRİN XATİRƏSİ PARİSDƏ ANILIB
Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Elçin Əmirbəyov müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. Səfir bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu və keçmiş SSRİ-də yüksək vəzifədə çalışdığı dövrdə ölkənin inkişafı üçün böyük işlər görüb. Ulu Öndər siyasi hakimiyyətə yenidən gəlişi ilə ölkəmizi inkişaf yoluna çıxararaq Azərbaycanın bərpa edilən müstəqilliyinin möhkəmləndirilməsində və qorunub saxlanmasında əvəzsiz xidmətlər göstərib.
Qeyd olunub ki, dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici siyasəti müəyyənləşdirilib, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə əlaqələr qurulub, iqtisadiyyatımız dirçəlib. Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünya dövlətləri arasında öz yerini və nüfuzunu möhkəmləndirib.
Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı keçmiş səfiri Jan Perren səfir olduğu dövrdə Ulu Öndərlə görüşlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Qeyd edilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar edilib, “Əsrin müqaviləsi” imzalanıb, iqtisadi, sosial inkişaf təmin olunub.