18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
PREZİDENT KİTABXANASINDA ULU ÖNDƏRİN XATİRƏSİ ANILIB
![]()
Azərbaycanın zəngin maddi-mədənı irsinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsində xalqımızın ümummilli lideri Heydər Əliyev misilsiz xidmət göstərib. Onun hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı, elmi, maarifi, mədəniyyəti, incəsənəti, sosial infrastrukturu intibah dövrünü yaşayıb. Bu gün müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzinin - Prezident Kitabxanasının yaradılması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Kitabxana onun təşəbbüsü əsasında 2003-cü ildən fəaliyyət göstərir.
"EMTV.az" xəbər verir ki, kitabxananın əməkdaşları Ulu Öndərin xatirəsini hər il müxtəlif səpkili tədbirlərlə yad edir. Prezident Kitabxanasında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin irsinin araşdırılması və təbliği sahəsində məqsədyönlü işlər görülür. Məhz ilk olaraq Prezident Kitabxanasında Ümummilli Liderin zəngin irsinin toplanılması, sistemləşdirilməsi və elektron mühitə köçürülməsi istiqamətində təşəbbüs göstərilib və irihəcmli “Heydər Əliyev. Elektron sənədlər toplusu” ərsəyə gətirilib. Vaxtaşırı olaraq yenilənən bu elektron resurs Ümummilli Liderin irsini araşdıran müxtəlif kateqoriyalı istifadəçilər üçün ən mükəmməl baza hesab edilir.
Dekabrın 11-də Prezident Kitabxanasında Ümummilli Liderin anım mərasimində kitabxananın direktoru Mayıl Əhmədov həmin elektron resursun son bir il ərzində yenilənən bölmələri barədə ətraflı məlumat verib, gələcəkdə də onun yeni-yeni sənədlərlə daha da zənginləşdiriləcəyini bildirib.
Kitabxanada hazırlanan çoxsaylı elektron resursların istifadəçi statistikası göstərir ki, “Heydər Əliyev. Elektron sənədlər toplusu”na istər ölkə daxilindən, istərsə də xarici ölkələrdən daha çox müraciət olunur.
Sonda kitabxananın əməkdaşlarının hazırladıqları Ümummilli Liderin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.