18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əkbər Hacıyev işçilərin pulunu kəsdi... - Narazılar icra hakimiyyətinə üz tutdu
Masallının qaz təsərrüfatı işçiləri etiraz aksiyası keçirib.
Emtv.az xəbər verir ki 2019-cu il iyul ayının 1-də Lənkəran RQİİ(Rayon Qaz İstismar İdarəsi) Masallı xidmət sahəsinin müqavilə ilə işləyən 80-ə yaxın işçisi səhər tezdən adı çəkilən idarənin qarşısına toplaşıb.
Etirazçıların əsas şikayəti ondan ibarət olub ki, son aylar əməkhaqqını ala bilməyiblər. Həm də əməkhaqları daha aşağı məbləğdə verilib. Etirazçılar çalışdıqları təşkilatdan arzu olunan cavabı almadıqda icra hakimiyyətinə üz tutublar.
Məsələ ilə bağlı yerli mətbuata acıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev ödəmələrdə heç bir gecikmə olmadığını, əməkhaqqının az olması ilə bağlı isə şikayətçilərin mühasibatlıq şöbəsinə yaxınlaşa biləcəklərini deyib:
“Onlar xidməti müqavilələrlə işləyən işçilərdir və hər biri ötən həftədən əməkhaqlarını alıblar. Əməkhaqqının verilməsində heç bir gecikmə olmayıb. Əgər hər hansı bir tutulmadan söhbət gedirsə, vergi ödəyiciləridirlər, yəqin ki, vergiyə görə olub. Kimsə əməkhaqqının ödənilməsindən, tutulmadan narazıdırsa, işlədikləri struktur bölümü üzrə mühasibatlıq şöbəsinə yaxınlaşa bilər. Burada hər hansı bir problem yoxdur. Ödənişlə bağlı nə problem varsa, mütləq mühasibatlıq şöbəsi lazimi izah verəcək”.
Seymur Rəhimov
Emtv.az