SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda mühasibatlıq işçiləri üçün keçirilən növbəti təkmilləşdirici kurs başa çatıb

12-11-2018, 16:03 | Oxunub: 11 883 |

Naxçıvanda mühasibatlıq işçiləri üçün keçirilən növbəti təkmilləşdirici kurs başa çatıb
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mənzil-kommunal təsərrüfatı profilli müəssisələrin mühasibatlıq işçiləri üçün təşkil olunan təkmilləşdirici kursa yekun vurulub.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən bildirilib ki, növbəti təkmilləşdirici kursda mənzil-kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi iştirak edib.

Kursda mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşmə istiqamətləri, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət, büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot mövzuları üzrə təlimlər keçirilib.

Mərkəzin sayca 11-ci kursunun gündəliyinə uyğun olaraq, ilk gün Maliyyə Nazirliyinin iqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Ağəli Novruzovun “Mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması” mövzusunda çıxışı olub.

Növbəti günlərdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Vergilər və Maliyyə nazirliklərinin, Naxçıvan Muxtar Respublika Prokurorluğunun əməkdaşları müvafiq mövzular üzrə məruzələr ediblər.

Qeyd edək ki, 4 gün keçirilən kursda praktik məsələ və testlərin həllinə yer ayrılıb. Bundan əlavə, təlimdə sual-cavab, testlərin qarşılıqlı işlənməsi və sorğu-anketlərin doldurulması təmin edilib. Həmçinin təlim materialları – slaydlar, müvafiq vəsaitlər təqdim olunub.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları verilib.


Xumar Rəsulova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR