18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda praktik mühasibatlığa həsr olunmuş təkmilləşdirici təlimlərə start verilib
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim işə başlayıb.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin iclas zalında keçirilən təlimə büdcə təşkilatlarından 20 mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Tədbirin əvvəlində Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev iştirakçılara mərkəzdə keçirilən bu ilk təlimin mahiyyəti və gözlənilən nəticələrin əhəmiyyəti barədə məlumat verib. Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb. Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanması və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.
Sonra gündəliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə təlim davam etdirilib. İlk olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Aləm Bağırovun “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda çıxışı dinlənilib. İştirakçıların yüksək fəallığı şəraitində keçən təlim günü praktik iş, suallara cavab, sorğu-anketlərin doldurulması ilə başa çatıb.
Təlimin davam etdiriləcəyi sonrakı günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyevin, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun, nazirlik aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun müvafiq mövzular üzrə çıxışları olacaq.
Qeyd edək ki, təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.
Emtv.az