18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda mətbuat işçiləri üçün “Maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Bakıdan gəlmiş mətbuat nümayəndələri və Mərkəzi Bankın əməkdaşlarının iştirakı ilə “Maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsini icra edən Orxan Abdullayev muxtar respublikada sosial-iqtisadi inkişafın dinamik xarakter alması, bank sisteminin inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, idarənin həyata keçirdiyi funksiyalar və muxtar respublika iqtisadiyyatı üçün bankın əhəmiyyəti barədə məlumat verib.
Sonra bankın iqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Hafiz İsmayılbəyli slaydlar vasitəsilə ölkəmizdə fəaliyyət göstərən müasir bank sisteminin, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin funksiyaları, bank və bank olmayan kredit təşkilatları, bankların iqtisadi proseslərdə rolu, iş prinsipləri barədə danışıb. O, muxtar respublikada bankçılıq sahəsi üzrə tətbiq olunan dövlət proqramları, həmin proqramlardan irəli gələn vəzifələrin icrası istiqamətində görülmüş işlərdən də bəhs edib.
Muxtar respublikada bank sektorunun cari vəziyyətindən, bu sahədə görülmüş işlərdən və əldə olunan nailiyyətlərdən söz açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra qonaqlar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin, muxtar respublikanın bank infrastrukturlarının fəaliyyəti ilə yaxından tanış olub, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.
Qonaqlar mayın 26-da Naxçıvan şəhərinin görməli yerlərini gəzəcək, Naxçıvan Dövlət Texniki Kollecində maliyyə savadlılığının artırılması ilə bağlı seminar-treninqdə iştirak edəcəklər.
Emtv.az