18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Naxçıvan” Universitetinin tələbələri ilə görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşının “Naxçıvan” Universitetinin idarəetmə fakültəsinin tələbələri ilə görüşü təşkil olunub.
Emtv.az xəbər verir ki, Universitetin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin müdiri Musa Əliyev tələbələrlə keçirilən görüşün əhəmiyyətindən danışıb, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar açır.
Tədbirdə “Gəlirlərin proqnozu” şöbəsinin əməkdaşı Elvin Nağıyev Azərbaycan Respublikasının dövlət büdcəsinə maliyyə vəsaitinin toplanması və aidiyyəti üzrə istifadəsi barədə məlumat verib.
Nazirliyin “Büdcə” şöbəsinin əməkdaşı Ramil Hüseynov tələbələrə dövlət büdcəsinin quruluşu haqqında məlumat verərək bildirib ki, büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formalaşır.
Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Emtv.az