18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Dövlət Universitetinin tələbələri muxtar respublikanın Ədliyyə Nazirliyində olublar
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları muxtar respublikanın Ədliyyə Nazirliyinin hamiliyinə verilib. Bu ixtisaslar üzrə I kursda təhsil alan tələbələr nazirliyin aparatında və tabe qurumlarında ikigünlük təcrübə keçiblər.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, ilk olaraq tələbələr Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində dövlətimizin cəza-icra siyasətinin həyata keçirilməsi, məhkumların hüquq və vəzifələrinin təmin edilməsi üçün peşə kurslarının təşkili haqqında ətraflı məlumat alıblar. Burada onları maraqlandıran suallara aydınlıq gətirilib.
Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Məhkəmə Ekspertizası Mərkəzində də olublar. Burada onlar mərkəzdə keçirilən ekspertiza növləri haqqında ətraflı məlumat alaraq, müxtəlif ekspertizaların aparıldığı laboratoriyalarda yaradılan şəraitlə, bu laboratoriyaların iş prinsipləri ilə maraqlanıblar. Tələbələr nazirliyin aparatında bir iş günü ərzində görülən işlər barədə də məlumat əldə ediblər.
İkigünlük təcrübə müddətində universitetin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələri nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə gələrək, burada iş prosesini izləyiblər.
Qeyd edək ki, təcrübə müddətində hər iki ixtisas üzrə təhsil alan tələbələr nazirliyin bütün şöbə və bölmələrində olub, günlük iş prosesində iştirak ediblər.
Sonda Ədliyyə Nazirliyində tələbələrlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Emtv.az