SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Müəllimlər İnstitutunda tələbələrlə görüş

3-11-2017, 14:14 | Oxunub: 14 735 |

Naxçıvan Müəllimlər İnstitutunda tələbələrlə görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Müəllimlər İnstitutunda tələbələrlə görüş təşkil edilib.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə institutun rektoru, professor Oruc Həsənli çıxış edərək, həmin sərəncamın imzalanmasından sonra muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən görülən işlərin gənc müəllim kadrların yetişdirilməsinə verdiyi töhfədən danışıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov Naxçıvan Müəllimlər İnstitutu ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açıb, nazirliyə hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr üçün bütün imkanların səfərbər olunduğunu bildirib.

Təhsil naziri qeyd edib ki, kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər, stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib. Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirən, kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən 35 yaşadək olan mütəxəssislər kommunal xidmətlərin haqqını ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 100 manat məbləğində əlavələr ödənilir. Üçillik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində əməkhaqqına kompensasiya əlavə olunur. Eyni zamanda, iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir.

Qeyd olunub ki, gənc kadrların işlə təminatı üçün muxtar respublikada dövlət qulluğuna qəbul imtahanları, eləcə də əmək yarmarkaları keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə keçirilən ənənəvi təhsil yarmarkası muxtar respublikanın, xüsusən də ucqar kəndlərin ümumtəhsil məktəblərinin pedaqoji kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ötən müddət ərzində yüzlərlə gənc bu təhsil yarmarkasında iştirak edib və göndəriş alaraq bu gün də müəllim kimi fəaliyyət göstərir.

Vurğulanıb ki, müvafiq ixtisasların Təhsil Nazirliyinə hamiliyə verilməsi yüksək səviyyəli pedaqoji kadr hazırlığına böyük töhfədir. Bu baxımdan həmin tələbələrin orta məktəblərdə təcrübə keçmələri təqdirəlayiq haldır. Təcrübə müddətində tələbələrə nazirlik, müvafiq təhsil şöbələri, eləcə də orta məktəblərin kollektivləri hərtərəfli kömək göstərirlər. Əminliklə demək olar ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri gələcəkdə muxtar respublikanın təhsil ocaqlarında fəaliyyət göstərməklə bərabər, dövlət qulluqçusu kimi də səmərəli iş və yüksək bacarıq nümayiş etdirə biləcəklər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR