SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib

25-08-2017, 15:10 | Oxunub: 11 747 |

Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib

Avqustun 25-də Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub. Hazırda da bu sahədə işlər davam etdirilir. Qeyd olunub ki, mövcud infrastrukturdan, müasir təlim üsulları və informasiya texnologiyalarından səmərəli istifadə edən gənc kadrların iş şəraitini yaxşılaşdırmaq və ucqar dağ kəndlərini pedaqoji kadrlarla təmin etmək diqqətdə saxlanılır. Kənd yerlərindəki təhsil müəsisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər, stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib. Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsili müəsisələrini bitirmiş, kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən 35 yaşadək gənc mütəxəssislər kommunal xidmətlərini ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəsisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əmək haqqına hər ay 100 manat məbləğində əlavələr ödəniləcəkdir. 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində əmək haqqına kompensasiya əlavə olunacaqdır. Eyni zamanda iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödəniləcəkdir.

Rəhman Məmmədov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin həftəlik dərs yükü və aylıq vəzifə maaşları artırılıb. Bununla yanaşı, bu ildən etibarən ucqar dağ kəndlərində pedaqoji fəaliyyətə başlayan gənc kadrların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişikliklər edilib. Yeni qaydalara əsasən 5 ildən artıq dağ kəndində müəllim kimi fəaliyyət göstərən pedaqoji profilli gənc kadrlara ipoteka kreditinin verilməsi nəzərdə tutulub. Bütün bunlar isə ölkəmizdə gənc mütəxəssislərə və ümumilikdə gəncliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Gənc kadrların işlə təminatı üçün muxtar respublikada dövlət qulluğuna qəbul imtahanları, eləcə də əmək yarmarkaları keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə keçirilən təhsil yarmarkası da artıq ənənə halını alıb. Bu yarmarka muxtar respublikanın, xüsusən də ucqar kəndlərin ümumtəhsil məktəblərinin pedaqoji kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ötən müddət ərzində yüzlərlə gənc bu təhsil yarmarkasında iştirak edib və göndəriş alaraq bu gün də müəllim kimi fəaliyyət göstərir. Bu il təşkil edilən təhsil yarmarkasında Şərur rayonu üzrə 112, Babək rayonu üzrə 30 , Ordubad rayonu üzrə 67, Culfa rayonu üzrə 37, Kəngərli rayonu üzrə 44, Şahbuz rayonu üzrə 18, Sədərək rayonu üzrə 25 olmaqla, ümumilikdə 333 boş iş yeri təqdim olunmuşdur. Təqdim olunan boş iş yerlərinin əksəriyyəti kəndlərdəki ümumtəhsil məktəblərindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov gənc müəllimlərə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxışında bildirib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunub. Təkcə 2017-ci ilin birinci yarımili ərzində 2716 şagird yerlik beş tam orta məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib. Hazırda Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda Qarahəsənli, Ərəbyengicə, Ələkli, Babək rayonunda Payız, Gərməçataq, Ordubad rayonunda Üstüpü, Culfa rayonunda Dizə kənd tam orta məktəbləri üçün binaların tikintisi davam etdirilir. Qeyd olunub ki, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunurlar. İnformasiya texnologiyalarının tədrisə tətbiqi və şagirdlərin informasiya cəmiyyətinə hazırlanması üçün ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb, təhsil müəssisələrinə 4242 dəst kompüter verilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə həyata keçirilən təhsil islahatı, tətbiq olunan müasir tədris metodları və artıq ənənəvi olaraq keçirilən təhsil yarmarkaları təhsilin inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə köməklik edib. Belə ki, ötən müddət ərzində yüzlərlə gənc kadr ucqar dağ kəndlərində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb, onların köməkliyi sayəsində şagirdlərimiz elmi biliklərə daha da dərindən yiyələniblər. Gənc kadrlarımızın fəaliyyətinin nəticəsidir ki, ümumtəhsil müəssisələrində informasiya texnologiyaları və müasir təlim üsullarının tətbiqi sahəsində uğurlar qazanılıb, muxtar respublikada ali təhsil müəssisələrinə qəbulda kəmiyyət və keyfiyyətcə ilbəil artıma nail olunub.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın ayrı-ayrı təhsil müəssisələri üzrə boş iş yerlərinin uçotu aparılıb, rayon (şəhər) Təhsil şöbələri üzrə mövcud boş yerlər haqqında məlumatlar “Şərq qapısı” qəzetində dərc edilib. Müəyyən edilib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 27 Azərbaycan dili və ədəbiyyatı, 82 xarici dil, 25 riyaziyyat, 19 informatika, 16 tarix, 34 coğrafiya, 21 fizika, 20 kimya, 22 biologiya, 11 fiziki tərbiyə, 4 Gənclərin çağırışaqədərki hazırlığı, 4 musiqi, 4 təsviri incəsənət, 1 texnologiya, 43 ibtidai sinif müəlliminə ehtiyac vardır.

Gənc kadr İnci Seyidova yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Sonra yarmarkaya gələnlər vakant iş yerləri ilə tanış olublar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR