SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda doqquz ayda 23 milyon manatdan çox nağdsız əməliyyat aparılıb

28-10-2017, 09:51 | Oxunub: 10 712 |

Naxçıvanda doqquz ayda 23 milyon manatdan çox nağdsız əməliyyat aparılıb

Ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlığın və şəffaflığın təmin edilməsi sahəsindəki mühüm tədbirlərdən biri də nağdsız ödəniş sisteminə keçiddir.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan şəhərindəki Doğum Mərkəzində Naxçıvan Muxtar Respublikası Vergilər, Səhiyyə nazirlikləri və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən keçirilən tədbirdə danışılıb.

Tədbirdə çıxış edən Doğum Mərkəzinin baş həkiminin müavini Nəzakət Quliyeva səhiyyə müəssisəsində belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Muxtar respublika Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət şöbəsinin əməkdaşı Elçin Babayev “Ödəniş kartları nağdsız əməliyyatlar üçün əsas vasitələrdəndir” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq, Vergilər Nazirliyi və bank orqanları qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması, belə ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadə edilməsi də var.

Elçin Babayev qeyd edib ki, 2014-cü ildən etibarən Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilir. Bu tədbir çərçivəsində ötən dövrdə nağdsız hesablaşmalar apararaq ödəniş edən vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 1288 vətəndaşa 85 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. Cari ilin sonuna kimi növbəti tirajın keçirilməsi nəzərdə tutulub.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin iqtisadi təhlil və statistika şöbəsinin rəisi Hafiz İsmayılbəyli “Muxtar respublikada nağdsız ödənişlər və texnoloji yeniliklər” mövzusunda danışıb. Qeyd edib ki, bu gün iqtisadiyyatın müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır.

Bildirilib ki, ödəniş kartları malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə olunan bir ödəmə aləti hesab edilir. Bu gün muxtar respublikada əhalinin bu cür hesablaşmalardan istifadəsi üçün lazımi şərait yaradılıb. Belə ki, bu ilin 1 oktyabr tarixinə muxtar respublika ərazisində 574-ü Naxçıvan şəhərində, 683-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1257 POS-terminal quraşdırılıb. Cari ilin yanvar ayının əvvəlindən oktyabrın 1-dək aparılan nağdsız əməliyyatların həcmi 23 milyon 115 min 297 manat təşkil edib. Hazırda muxtar respublika ərazisində 104 bankomat, 257 min 409 ödəniş kartı var.

Tədbirdə mövzu ilə bağlı slaydlar nümayiş etdirilib, suallar cavablandırılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR