18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim keçirilir
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim başlayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, təlimə mədəniyyət sahəsi üzrə çalışan 20 mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının təşkili və uçotu, vergi uçotunun təşkili, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması kimi mövzulara yer verilib. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək iştirakçılara keçirilən təlimin mahiyyəti və gözlənilən nəticələr barədə məlumat verib.
Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında yaradılmış Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb.
Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində çalışanların peşə hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanmasına və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.
Sonra gündəliyə uyğun olaraq təlimin ilk günündə Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda iştirakçılara ətraflı məlumat verib. Növbəti günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov, Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Maliyyə Nazirliyi aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov müvafiq mövzularda təlim keçəcəklər.
Təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.
Seymur Rəhimov
Emtv.az