SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Azəriqaz” nə etməyə çalışır? – Hər abonentə fantastik cərimə

28-08-2018, 14:16 | Oxunub: 11 319 |

“Azəriqaz” nə etməyə çalışır? – Hər abonentə fantastik cərimə

Son günlər bölgələrdə və paytaxtda sakinlər arasında narazılıq yaradan əsas məsələ Azəriqaz İstehsalat Birliyinin tətbiq etdiyi cərimələrdir. Sakinlər bu cərimələrin onlara sayğaca müdaxilə iddiası ilə tətbiq edildiyini bildirsələr də, heç bir halda belə bir qanunsuzluğa yol vermədiklərini deyirlər. Bu etirazların ölkə mediasında və sosial şəbəkələrdə yayılması sakinlərin heç də haqsız olmadığını deməyə əsas verir.

İşin qəribə tərəfi budur ki, “Azəriqaz” sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və yalnız bundan sonra müdaxilə edilməsini əsas gətirərək cərimə yazır.

Məsələ ilə bağlı dəfələrlə mətbuatda və sosial şəbəkələrdə şikayətlər dərc olunub.

Emtv.az xəbər verir ki, bu barədə unikal.org-un yaydığı məlumata görə, bu yaxınlarda Azəriqaz İstehsalat Birliyi Xırdalan şəhərində 20 min abonentə 400-450 manat arasında cərimə yazıb. Sakinlərə isə cərimə aktlarının hansı səbəbdən tərtib edildiyi haqqında məlumat verilməyib. Azəriqaz İstehsalat Birliyinin qeyri-qanuni bu addımı sakinlərin kütləvi narazılığına səbəb olub.

Bəzi sakinlərə tətbiq edilmiş cərimələr daha astronomikdir. Məsələn, şikayətçi Rəşid Ağakişiyev “Azəriqaz”ın sayğaca müdaxilə iddiası ilə ona 1768 manat cərimə yazdığını bildirib. O, digər abonentlər kimi sayğaca heç bir müdaxilə etmədiyini deyib və cərimənin əssassız olduğunu bildirib.

Redaksiyamıza şikayət edən başqa bir paytaxt sakini Elnur Niftəliyev də “Azəriqaz”ın “cərimə oyunu” ilə üzləşib. Belə ki, “Azəriqaz” əməkdaşları sayğacın üzərindəki kiçik “yanıq ləkəsinə” görə onu dəyişməli olduqlarını bildiriblər. Lakin quraşdırdıqları yeni sayğac işləməyib. “Azəriqaz” bu yanlışını da abonentin boynuna yıxmaq üçün həm əvvəlki sayğaca, həm də yeni quraşdırılana müdaxilə edildiyini iddia edərək, 1944 manat cərimə yazıb. Abonent deyir ki, kiminsə qaz sayğacını yandırmağa və ya bu yolla müdaxilə etməyə çalışması iddiası gülüncdür, çünki bu, çox təhlükəlidir.

Sosial şəbəkələrdə onlarla belə şikayətə rast gəlmək mümkündür.

Məsələ ilə bağlı danışan millət vəkili Fazil Mustafa bu problemin məhkəmə yolu ilə həll edilməsinin qanunauyğun olduğunu bildirib: “Azəriqaz”la bağlı şikayət varsa, bu, məhkəmə yolu ilə həll edilməlidir. Belə olan halda vətəndaş məhkəməyə müraciət edərək, öz haqqını tələb etməlidir. Şikayətlər, müraciətlər əsasında problemə baxılmalıdır. Əgər həqiqətən “Azəriqaz” yanlışlığa yol verib, əsassız cərimələr yazıbsa, buna qarşı çox ciddi tənbeh tədbirləri görülməlidir”.

Baş vermiş problemlə əlaqədar Axar.az-a açıqlama verən Azəriqaz İB-in mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, sayğacda hər hansı bir nasazlıq baş verdikdə “Azəriqaz”ın əməkdaşları müraciət əsasında həmin sayğacı yenisi ilə əvəzləyirlər: “Müddətdən asılı olaraq problemli sayğac araşdırılmaq üçün laboratoriyaya göndərilir və rəy gələnə qədər vətəndaşın qazsız qalmaması üçün yeni sayğac quraşdırılır. Laboratoriyadan verilən rəyə əsasən, tədbir görülür. Həmin müddətdə köhnə sayğacın əvəzinə yenisi qoyulur və sakinlər ASAN Xidmət vasitəsilə kart əldə edirlər.

Yeni sayğaclarda adətən problem olmur. Bu günə qədər tək-tük hallarda belə hadisə baş verib. Əgər yeni sayğacda problem yaranarsa, laboratoriyada araşdırılır. Rəydə sayğacın qüsurlu olması göstərilsə, abonentdən sayğacın və yaxud da itirilmiş qazın dəyəri tələb olunmur. Əksinə, laboratoriya rəy versə ki, müdaxilə nəticəsində sayğacda qüsur baş verib, onda itirilmiş qazın və sayğacın dəyəri abonentdən tələb olunur.

Hər hansı bir vətəndaş cərimə deyil, itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı bildiriş alırsa, təbii ki, “Azəriqaz”ın idarəetmə aparatına müraciət edə bilər. Bundan sonra həmin şikayət Azəriqaz İB-nin işçi qrupu tərəfindən araşdırılır və müvafiq cavab verilir”.
Qeyd edək ki, sayğaca müdaxilə iddiası ilə yazılan cərimələr də diqqəti cəlb edir. Belə ki, “Azəriqaz” əməkdaşları buvaxtadək normal işləyən və kart vasitəsilə vaxtlı-vaxtında ödəniş edilən sayğacı “müdaxilə olunub” adı ilə dəyişərkən, hansı əsasla faktastik cərimə təyin etdiklərini də aydınlaşdırmırlar.

Nəticədə yüzlərlə vətəndaş qaz təminatından haqsız olaraq məhrum edilməklə bərabər, həm də məhkəmə yollarında qalırlar ki. bu da ciddi narazılıq yaradır.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR