17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azəriqaz” əskiyi xalqın cibindən çıxarır: - QAZA HAVA BELƏ VURULUR - Video
Hacıqabulun Rəncbər kəndinə verilən mavi yanacağın tərkibinə hava vururlar. Kənd camaatı iki aydır ki, "havalı qaz”la təchiz olunur.
Emtv.az xəbər verir ki, kənd sakinləri bakupost.az-a bildirib ki, Hacıqabul Qaz İstismar idarəsinin əməkdaşları kənd camaatı ilə söhbətdə qaz xətlərinə hava vurulduğunu etiraf ediblər.
Əslində, "Azəriqaz” İstehsalat Birliyinin evlərə gedən qaz xətlərinə hava vurması yeni xəbər deyil. Dəfələrlə bu problem barədə yazmışıq və təkcə Hacıqabul deyil, paytaxt sakinləri də verilən qaza hava vurulmasından tez-tez şikayət edirlər.
Hətta bu faktı əks etdirən videolar da var. "Azəriqaz” İB isə deyilənlərlə razılaşmır və bildirir ki, sadəcə, hava xətləri yoxlanır. Belə çıxır ki, hər gün abonentlərin qaz xətləri yoxlanır.
Hacıqabul Qaz İstismar idarəsinin əməkdaşları isə kompressor adlı cihazla həyata keçirdikləri prosesi isə belə izah ediblər: "Əskiyimiz var, ona görə qaz əvəzinə hava vurulur”.
Kənd sakininin sözlərinə görə, xətlərə hava vurulduqdan sonra, təxminən 1 saat ərzində qaz əvəzinə hava gəlir. Qazın gəlməməsinə baxmayaraq, sayğac da "öz işində” olur:
"Qaz yerinə hava gəlir. Amma sayğac işləyir axı?! Kubu 20 qəpikdir, 1 saat da hava gəlməlidir ki, ardınca qaz gəlsin. 1 saat boş-boşuna sayğac yazsa, görün ayda nə qədər pul edir. İdarədən deyirlər ki, əskiyimiz var. Əskiyi də əhalidən yığırlar”.
Hacıqabul sakini faktla bağlı video görüntüləri də yollayıb.
Əslində, ölkədə qaz böhranı yay-qış davam edir. Elə bu qış Bakıda və Sumqayıtda yaşayanların hansı məşəqqətləri çəkdikləri yaddan çıxmayıb.
Təkcə sosial şəbəkələrdə olan şikayətləri toplamaqla narazılığın kütləvi olduğunu söyləmək olardı. Çünki qışda evlərə ya qaz verilmir, ya fasilələrlə verilir, ya qazın təzyiqi aşağı olur, yaxud da qazın bərpası zamanı xətlərdən hava gəlir.
Nəticədə abonentlər sayğaca qaz yükləyir, pulunu vaxtı-vaxtında ödəyir, amma qaz ölkəsinin sakinləri normal mavi yanacaqla təmin olunmur, mənzillər buza donur. Yayda isə Hacıqabul sakininin qaldırdığı problem kimi - əskiyi camaatın cibindən çıxarmaqla turbalara hava vurulur.
Açıqlama verən "Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə iddiaları bölüşmür. O, bildirib ki, qaz turbasına hava vurulması yalnız bir halda mümkün ola bilər:
"Qaz xəttinə müdaxilə etmək, hansısa hava vurmaq anlayışı yoxdur. Qaz təsərrüfatında təhlükəsizlik və istismar qaydalarında belə bir şey əks olunmayıb.
Yeni əkilmiş qaz xətləri kipliyə yoxlanılanda, sınaqdan keçirilir. İstismara yararlıdırsa, həmin əraziyə təbii qazın verilişi bərpa olunur.
O cümlədən, istismarda olan qaz xətlərinin yararsız, korroziyaya uğrayan hissələri dəyişdirilib, yenisi ilə əvəz edildikdə, həmin o hissələrin əvəzlənməsi zamanı kipliyə sınaq olunur. Yəni ona təzyiq vurulur və dediyim proses həyata keçirilir.
Kipliyə sınaq olduqdan sonra, təbii qazın verilişi bərpa edilir. Qaz xəttinə müdaxilə etmək, ora hava vurmaq həm mümkün deyil, həm də təhlükəsizlik qaydalarına uyğun deyil”.
Əlbəttə, İ.Kəlbiyev qaz borularının hər gün niyə yoxlanıldığını, yoxlamaq üçün niyə saatlarla hava vurulduğuna aydınlıq gətirməyib. Həm aydın olmur ki, qışda bu problemin aktual olduğu, hər kəsin car çəkdiyi bir vaxtda qazın başına hava gəlməsinin yoxlama ilə əlaqədar olduğunu niyə deməmişdi?...
Qoy bu sualları "Azəriqaz” rəhbərliyi bir az düşünsün.
Biz isə videoya baxaq:
Emtv.az