17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Soyuqlar yenidən qayıdır: Bu günə ALDANMAYIN!
“Hazırda ölkə ərazisində müşahidə olunan hava cənub, cənub-şərq istiqamətdən daxil olan hava kütlələri ilə bağlıdır. Lakin bu cür hava dayanıqlı olmayacaq”.
Bu barədə Emtv.az-a Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, belə havada atmosfer təzyiqi aşağı düşür və digər hava kütlələrinin gəlməsi ehtimalı daha çox olur: “Bugünkü hava şəraiti 1-2 gün davam edə bilər. Havanın temperaturunda əvvəlki günlərlə müqayisədə çox da ciddi fərq müşahidə eidlmir. Bir neçə gün sonra hava şəraiti yenidən dəyişəcək. Çox da soyuq olmasa da, noyabr ayı üçün səciyyəvi olan hava şəraiti müşahidə olunacaq. Lakin bundan isti hava şəraiti qeydə alına bilməz. Əslində, noyabr ayının ilk 15 günlüyündə fasilələrlə bu cür hava müşahidə edilir. Ancaq bundan əvvəl respublika ərazisində müşahidə olunan hava səciyyəvi hesab olunmur”.
M.Həsənov bu cür hava şəraitinin kənd təsərrüfatı üçün əlverişli olduğunu vurğulayıb: “Belə havalar xüsusən də pambıqçılıq üçün çox xeyirlidir. Həmçinin yığımı başa çatmamış kənd təsərrüfatı bitkiləri və payız əkini üçün əlverişlidir. Lakin bu hava uzun müddət davam etməyəcəyindən təsərrüfat sahibləri işlərini qısa zamanda başa çatdırmalıdırlar”.