SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Belə xidmət olmaz! - Binəqədi sakinləri «Azəriqaz»dan şikayətlidir

24-07-2017, 12:51 | Oxunub: 9 707 |

Belə xidmət olmaz! - Binəqədi sakinləri «Azəriqaz»dan şikayətlidir
Emtv.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon sakinləri adından azpolitika.info-nun poçtuna bir müraciət daxil olub.

Müraciətdə sakinlər «Azəriqaz»ın fəaliyyətindən narazılıq ifadə edirlər. Aktuallığını nəzərə alıb, mətni müvafiq redaktə ilə dərc edirik.

«İyulun 21-də sakinlərə təqdim olunan xəbərdarlıqda bildirilir ki, 2 iş günü ərzində qazın alqı-satqısı üzrə müqavilə bağlanmasa, mənzillərin qazla təchiz edilməsi dayandırılacaq. Bunun üçün sakinlər M.Ə.Rəsulzadə qəsəbəsi, 99 saylı məktəbin yanında yerləşən qaz təchizatı xidməti strukturuna müraciət etməlidirlər. Eyni zamanda, şənbə-bazar günlərinin iş günü olduğu da qeyd olunur…

Bəs, vətəndaş 3 iş günü ərzində iş yerini tərk edə bilməsə (iş yerindən icazə ala bilməsə?) və bu səbəbdən, müqavilə bağlanma bilmirsə, necə olacaq?

Üstəlik, belə qısa müddətdə bütün rayon və ya mikrorayon sakinləri hamılıqla qaz idarəsinə müraciət etsə, uzun və üzücü növbələr yaransa, 1 müqavilənin bağlanmasına vətəndanş neçə saat sərf etməli olar? Ümumiyyətlə, 3 iş günü bu məsələni həll etmək nə qədər realdır?

Hesab edirik ki, yayın bu qızmar günlərində vətəndaşları əziyyətə salmağa dəyməz. Yerli qaz xidməti strukturunun nəzarətçiləri yaşayış yerlərinə gedərək, müvafiq müqavilələri istehlakçılarla bağlaya bilərlər – tələsmədən, hay-küysüz…

Əgər «Azəriqaz» bunu etmək iqtidarında deyilsə, o zaman bu işi «ASAN Xidmət»ə ötürsün – vəziyyəti süni şəkildə mürəkkəbləşdirməsin!

Bir məqamı da nəzərə çatdırmaq istərdik. Yay mövsümündə istirahətə yollanan vətəndaş uzun müddət evində olmaya bilər. O zaman «Azəriqaz» belə mənzillərə (evlərə) qaz verilişini dayandırcaq?

Belə xidmət olmaz, axı!».

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR