18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan parlamenti yenilənəcək?
Azərbaycanda qarşıdan növbəti VI çağırış parlament seçkiləri gəlir.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,seçkilərin, tarix dəyişikliyi olmayacağı təqdirdə, 2020-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ildən, xüsusilə, 11 aprel seçkilərindən sonra Azərbaycanda islahatlar prosesinin yeni dalğası yaşanır.
Bundan başqa, ölkə prezidenti İlham Əliyev bu ilin mart ayının 20-də Azərbaycan xalqına Novruz təbrikində ölkədə siyasi islahatların da keçiriləcəyinin anonsunu verib.
Artıq bir çox ekspertlər, hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri siyasi islahatların parlamenti də əhatə edəcəyi, qarşıdan gələn seçkilərdə parlamentin tam şəkildə yenilənə biləcəyi barəfə də fikir və mülahizələr yürütməkdədirlər.
Hakim partiyanın parlamentdəki təmsilçilərindən olan millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da parlamentin yenilənməsinin tərəfdarıdır.
Bu haqda S. Seyidov Oxu.Az-a açıqlamasında deyib.
Azərbaycanda hər bir sahədə dəyişikliklərin, yeniliklərin olduğunu xatırladan deputat, bunun parlamenti də əhatə etməli olduğu fikrindədir.
“Hər bir sahədə yenilənmə, dəyişiklik var.
Bu proseslər Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir.
Biz artıq hər bir sahədə həyata keçirilən islahatların nəticəsini görürük bundan sonra da yüksək səviyyədə görəcəyik.
Bu baxımdan, yenilənmiş parlament olmalıdır”, - deyə S. Seyidov sözlərinə əlavə edib.
Qeyd edək ki, Milli Məclis (MM) 125 millət vəkilindən ibarətdir.
Aynurə Kərimova
Emtv.az