SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sabah AŞPA-da Qarabağ müzakirəsi olacaq

8-04-2019, 13:47 | Oxunub: 11 432 |

Sabah AŞPA-da Qarabağ müzakirəsi olacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 14-dək Strasburqda keçirilən iclasında Qarabağ münaqişəsi müzakirə olunacaq.

Emtv.az xəbər verir ki,parlamentin mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, artıq Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Strasburqa yollanıb.

Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir keçiriləcək.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, yaz sessiyasında geniş və əhatəli məsələlərə toxunulması nəzərdə tutulur:

S.Seyidov əlavə edib ki, son zamanlar Azərbaycan da daxil olmaqla, bu kimi iclas və konfranslar müxtəlif yerlərdə keçirilir.

“Bu yaxınlarda Almaniyada da keçirilmişdi. İndi Avropa Şurasında bunu təşkil etməyə hazırlaşırıq.

Xarici ictimaiyyət bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən hər hansı fəaliyyət qeyri-qanunidir. Təbii ki, bunu Avropa Şurasının üzvlərinə də çatdıracağıq.

Ümumiyyətlə, nümayəndə heyətimizin üzvləri müxtəlif məsələlərlə bağlı çıxış etməyə hazırlaşır.

Bildiyiniz kimi, müxtəlif məsələlərlə bağlı həm monitorinq, həm də insan haqları komitəsinin birgə təşkil etdiyi dinləmələr olacaq. Biz orada çıxış edəcəyik”, - deyə S. Seyidov əlavə edib.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR