18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Mənə heç bir sanksiya tətbiq oluna bilməz" - Səməd Seyidov
"Mən AŞPA-nın yay sessiyasında iştirak edib öz mövqeyimi bildirəcəyəm".
Emtv.az-ın report-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
"Mənim funksiyaları yerinə yetirməyimə heç bir sanksiya tətbiq oluna bilməz. Mən büronun üzvüyəm. Bir qrup insanın mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, biz bundan imtina edək. Biz AŞPA-da aktiv fəaliyyət göstərəcəyik. Əminəm ki, onların arzuları ürəklərində qalacaq", - o, qeyd edib.
S.Seyidov bildirib ki, AŞPA-nın yay sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş Prezident seçkiləri ilə bağlı hesabat müzakirə ediləcək: "Sessiya zamanı Azərbaycan nümayəndə heyətini narahat edən bir məsələ də müzakirə olunacaq. Bu, siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək məsələsidir. Məruzəçinin təyinatı da konsktruktiv yanaşma deyil. Qoy təyin etsinlər, biz bundan çəkinmirik".
Emtv.az