SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Səməd Seyidovun yerinə başqası seçilməlidir" - Şennak

23-05-2018, 15:06 | Oxunub: 9 918 |

"Səməd Seyidovun yerinə başqası seçilməlidir" - Şennak
"AŞPA-nın iyun ayında keçiriləcək yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək”.

Emtv.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

S.Şennak bildirib ki, AŞPA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlarından məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: "Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmməruzəçi seçməliyik”.

Bu ilin iyun ayında Azərbaycana səfərləri gözlənilən həmməruzəçi S.Şennak səfərin təxirə salındığını da bildirib: "Azərbaycan üzrə digər həmməruzəçi Sezar Florin Preda da vəzifəsindən kənarlaşdırılıb və hazırda mən təkəm. İyun ayında keçiriləcək sessiyada Predanın da yerinə başqa nümayəndənin seçilməsi məsələsi müzakirə ediləcək. Ona görə səfərimiz təxirə salınıb. Yeni həmməruzəçi təyin olunduqdan sonra səfər baş tutacaq”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvləri Pedro Aqramunt, Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı sanksiyalar tətbiq edib. Sanksiya Pedro Aqramunta qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.


Qərarda qeyd olunur ki, AŞPA üzvləri üçün nəzərdə tutulmuş "Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞPA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.
O, müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.


S. Seyidov isə ittihamları tamamilə rədd edərək, bu sanksiyanın Azərbaycanı ASPA-dan uzaqlaşdırmağa xidmət etdiyini deyib: "Sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür. Bu qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzlidir".

O, məhz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanların sanksiyaya məruz qaldığını vurğulayıb: "Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyəti daha da yüksək formada təşkil ediləcək. Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın nüfuzuna mənfi təsir göstərəcək".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR