18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ƏHALİ ÜÇÜN NƏZƏRDƏ TUTULAN TƏBİİ QAZIN LİMİTİ ARTIRILDI – 1700-dən 2200 kubmetrə
“Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.
Emtv.az xəbər verir ki, bu gün Tarif (Qiymət) Şurasının növbəti iclasından sonra iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85%-i istifadə edəcək: “Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1-dən hesablanacaq”.
Nazir deyib ki, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 mln. abonent və ya 6 milyon nəfər istifadə edirdi: “Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonenti (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70%-dən 85%-ə yüksələcək”.
Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
Aynurə Kərimova,
Emtv.az