18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Əhalinin müəyyən təbəqəsi var ki, onların sosial vəziyyəti ağırlaşıb" - YAP-çı deputat
"Prezident İlham Əliyevin tapşırığı ilə Tarif (qiymət) Şurasının bir müddət əvvəl elektrik enerjisi və təbii qaz tariflərinə tətbiq etdiyi limitlə bağlı qərarına yenidən baxması dövlət başçısının əhalinin sosial problemlərini daim diqqətdə saxlamasından xəbər verir"
Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Şuranın əvvəlki qərarı iqtisadi zərurətdən irəli gəlsə də, əhalinin müəyyən aztəminatlı hissəsinə bu limit kifayət etmirdi: "Əhalinin müəyyən təbəqəsi var ki, onların sosial vəziyyəti ağırlaşıb. Prezident sosial problemləri nəzarətdə saxlayaraq və çoxsaylı müraciətləri nəzərə alaraq məsələyə reaksiya verdi. Bu qərar atıq köhnə qiymətlərlə ödəniş edən abunəçilərin sayını xeyli dərəcədə artıracaq, qalan vəsaitlərin digər zəruri ehtiyaclara sərf edilməsinə səbəb olacaq. Bu bir daha onu göstərir ki, dövlət həmişə vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını diqqətdə saxlayır".
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
Emtv.az