SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Təcili! Nazirdən xalqa axırıncı pislik: poçt, telefon abunəsi, internet və kontur bahalaşır - ÖZƏL

19-12-2016, 15:19 | Oxunub: 7 673 |

Təcili! Nazirdən xalqa axırıncı pislik: poçt, telefon abunəsi, internet və kontur bahalaşır - ÖZƏL

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xalqın əleyhinə növbəti qərara hazırlaşır; Ramin Quluzadənin rəhbər posta gəlişindən sonra rabitə sektorunda vəziyyət pisləşib...

Yerli mətbuat xəbər verir ki, internet xidməti haqqının ayın ilk 6 günü ərzində ödənilməsi barədə qanunsuz tələbin ardınca poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində dəyişiklik ediləcək.

Nazirlik Tarif Şurasına müraciətində bu xidmətlər üzrə bahalaşmaya gedilməsini istəyir. Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Böyük ehtimalla yeni rabitə tarifləri “bahalaşma janrında” olacaq. Güman ki, yeni ilin ilk aylarında Tarif Şurası bununla bağlı qərar qəbul edəcək. Hökumətin “bahalı tariflər” siyasəti rabitədən də yan keçməycək. Rabitə tariflərində son tənzimləmə 2014-cü ilin yanvarın 1-də olub.

Xəbərdə daha sonra bildirilir ki, poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində artım əhalinin cibinə növbəti dəfə girmək, soyğunçuluq etmək olacaq.

Bildirilir ki, internet tariflərini birbaşa artırmaq nazirliyin səlahiyyətində olmasa da, “Bakinternet” R.Quluzadənin təlimatı əsasında işləyir.

Digər şirkətlərin də ona baxaraq adkvat addım atacağı gözləniləndir. Mobil operator bazarında da konturun bahalaşması şirkətlər tərəfindən müəyyən edilsə də, nazirliyin sözügedən artımları Tarif Şurasına təklif etməsindən sonra “Azercell” və “Bakcell”in ə-qolunu sallayıb oturacağına balaca uşaq da inanmaz və politika.az daha sonra qeyd edir ki, aylıq abunə pulu və Bakinternetin aylıq ödənişində yeni qaydalar tətbiq olunub.

Vətəndaşların evlərinə zəng edərək və telefonlarına mesaj yollayaraq xəbərdarlıq edirlər ki, bundan sonra hər ayın 6-dək ödənişlər edilməlidir. Xəbərdarlıqda deyilir ki, əks halda internet və telefon xətti kəsiləcək. R.Babayev təyinat alar-almaz ilk işi belə analoqsuz qərar imzalamaq olub.

Dünyanın heç bir ölkəsində bu praktika yoxdur ki, abunə haqqı ayın əvvəli alınsın. Çünki vətəndaşlar əmək haqlarını ayın sonunda alır və ödəniş edirlər.

Bu günə kimi aylıq ödənişi ay ərzində istənilən gün ödəmək mümkün idi. Həmçinin, internet xidməti haqqı da bir ay ötsə belə kəsilmirdi və hətta iki ayın ödənişi edilirdi. Ekspertlər belə hesab edir ki, indiki şəraitdə rabitə tarifləri ancaq bahalaşa bilər. Xüsusilə də enerji daşıyıcılarının qiyməti bahalaşması buna əsas verir.

Tarif Şurasının qərarına əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb.

107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib.

Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR