17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əhaliyə növbəti zərbə: Benzin və dizel bahalaşacaq
Bu yaxınlarda elektrik enerjisinin ardınca yerli mətbuat xəbər verir ki, Azərbaycanda benzinin də bahalaşması gözlənilir. Bununla bağlı təkliflər artıq Tarif Şurasına təqdim edilib
Bu barədə hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, kommunal xidmət göstərən qurumların maliyyə durumunun yaxşı olmaması və kənardan maliyyə cəlb etmək imkanlarının məhdud olması səbəbindən hökumət təbii inhisarların xidmət tariflərini artırmağa məcburdur:
“Benzin və dizel yanacağının 20-25 faiz bahalaşması gözlənilir. Sonrakı mərhələdə isə əhaliyə satılan təbii qazın qiymətində bahlaşma olacağı nəzərdə tutulur”.
İl ərzində Tarif Şurası əhaliyə satılan içməli suyun, qazın və elektrik enerjisinin qiymətinin bahalaşması barədə qərar qəbul edib.
Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:
Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb.
Emtv.az