17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YENİ NAZİRDƏN BAŞ DİREKTOR TƏYİNATI
Ramin Quluzadə əmr imzalayıb.
Telefon Rabitəsi İstehsalat Birliyinin yeni Baş direktoru məlum olub.
"EMTV.az" xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Babayev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktorunun səlahiyyətlərini icra edəcək.
Rövşən Babayevin artıq bir neçə gündür Baş direktor olaraq fəaliyyətə başladığı bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl “MTN işi” ilə bağlı Birliyin Baş direktoru Beytulla Hüseynov vəzifəsindən azad edilərək həbs olunub.
Ötən ilin sonlarında əvvəllər AzTelekomda çalışan Razi Tağıyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni texniki direktor vəzifəsinə təyin edilib. Bu günə qədər bu qurumun Baş direktorunun səlahiyyətlərini Razi Tağıyev icra edirdi.
Qeyd edək ki, Rövşən Babayevin təyinatı ilə bağlı rəsmi açıqlama yayılmayıb və nazirliyin rəsmi internet resurslarında bu haqda məlumat verilməyib.
RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.
BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provayderləri və digər rabitə qurumları daxildir.