SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ötən ay Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

16-01-2019, 13:05 | Oxunub: 13 798 |

Ötən ay Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikası üzrə 2018-ci ilin dekabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, dekabr ayında Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 27 608 756 kubmetr, dəyəri isə 4 171 553 manat olub. Hesabat ayında təbii qazın istifadəsinə görə daxil olan vəsaitin həcmi isə 4 416 616 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 105,9 olub.

Belə ki, Naxçıvan şəhərinə verilən təbii qazın ümumi həcmi 4 221 643 kubmetr, verilən təbii qazın ümumi dəyəri 593 476 manat, daxil olan vəsaitin həcmi 596 033 manat olub, təbii qazın istifadəsinə görə yığımı isə 100,4% icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 841 536 kubmetr, verilən təbii qazın ümumi dəyəri 109 649 manat, daxil olan vəsaitin həcmi isə 110 109 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığım isə 100,4% icra edilib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 1 385 498 kubmetr, verilən təbii qazın ümumi dəyəri 175 822 manat, daxil olan vəsaitin həcmi isə 175 970 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığım isə 100,1% icra edilib.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 1 351 283 kubmetr, verilən təbii qazın ümumi dəyəri 169 722 manat, daxil olan vəsaitin həcmi isə 169 825 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Şərur rayonuna verilən təbii qazın ümumi həcmi 2 516 900 kubmetr, verilən təbii qazın ümumi dəyəri 296 899 manat, daxil olan vəsaitin həcmi 297 061 manat təşkil edib. Şərurda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 302 752 kubmetr olub. Bu rayona verilən təbii qazın ümumi dəyəri 34 644 manat, daxil olan vəsaitin həcmi 34 656 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığım 100% olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 1 039 983 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 132 985 manat, daxil olan vəsaitin həcmi 133 001 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığım 100% olub.

Dekabrda Babək rayonu verilən təbii qazın ümumi həcmi 2 599 670 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 370 967 manat, daxil olan vəsaitin həcmi 370 973 manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığım 100% olub.

2018-ci ilin son ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 1 334 9491 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 2 287 389 manat, daxil olan vəsaitin həcmi 2 528 988 manat olub. Müəssisə və təşkilatların təbii qazın istifadəsinə görə yığımı 110,6% olub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR