17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İran Azərbaycana birgə layihələrlə bağlı komitə yaratmağı təklif edib
İran Azərbaycana birgə layihələrlə bağlı məsələlərin həlli üçün komitə yaratmağı təklif edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu təkliflə İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani çıxış edib.
Nazir bildirib ki, bu cür komitənin yaradılması iki ölkə arasında münasibətlərin inkişafında növbəti mərhələ olacaq.
R.Rəhmani iki ölkə arasında münasibətlərin inkişafının intensivliyini qeyd edib və bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyindən əminliyini ifadə edib.
Onun sözlərinə görə, birgə layihələrə investisiyalar hər iki ölkəyə böyük xeyir gətirəcək.
Nazir, xüsusilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolunun açılışının vacibliyini vurğulayıb.
Sevinc Əlimova
Emtv.az