18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İran prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Martın 6-da İranın Rəşt şəhərində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qəzvin-Rəşt dəmir yolunun açılışı mərasimində iştirak edən Azərbaycanın nümayəndə heyəti ilə görüşüb.
Emtv.az İqtisadiyyat Nazirliyin-ə istinadən xəbər verir ki, İran Prezidenti salamlarını Azərbaycan Respublikası Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan nümayəndə heyətini açılış mərasimində görməkdən məmnunluğunu bildirən Prezident Həsən Ruhani vurğulayıb ki, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsi ilə rəsmi Tehran və Bakı arasındakı münasibətlər özünün yeni inkişaf mərhələsini yaşayır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Qəzvin-Rəşt dəmir yolunun Astara şəhərinə qədər çəkilməsi İranın və Azərbaycanın milli maraqlarını əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlığın nəticəsində Rəşt-Astara dəmir yolu da tikilərək istifadəyə veriləcək.
İran Prezidenti iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini, nəqliyyat, maşınqayırma, əczaçılıq və digər sahələrində əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Həsən Ruhani qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və xalqların rifah halını daha da yaxşılaşmasına xidmət edəcək.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son illərdə dövlət başçılarının intensiv olaraq keçirilən yüksək səviyyəli görüşlərinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb. Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə xüsusi önəm verdiyini və bu məsələni daim diqqətdə saxladığını vurğulayıb. Azərbaycan Prezidentinin tapşırığı ilə Azərbaycan nümyəndə heyətinin Qəzvin-Rəşt dəmir yolunun istifadəyə verilməsi mərasimində iştirakı da Azərbaycan Şimal-Cənub Beynəlxalq Dəhlizinə verilən böyük önəmin təzahürüdür. Astara-Rəşt dəmir yolu beynəlxalq dəhlizin əsas tərkib hissələrindəndir və bu layihə üzərində Azərbaycan ilə İranın birgə fəaliyyəti ölkələrimiz arasındakı dostluğun göstəricidir.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılan görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Nəqliyyat, Rabitə və Yüksək Texologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov iştirak ediblər.
Nəzrin Abbaszadə
Emtv.az