SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan və Rusiya üç sahədə birgə müəssisələr yaratmağı planlaşdırır

22-08-2018, 08:01 | Oxunub: 11 179 |

Azərbaycan və Rusiya üç sahədə birgə müəssisələr yaratmağı planlaşdırır

Yaxın zamanlarda Azərbaycan və Rusiya şirkətləri sənaye, əczaçılıq və tikinti sahələrində birgə müəssisələr yarada bilərlər.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu müsahibəsində Rusiya-Azərbaycan İşgüzar Şurasının icraçı direktoru Yuri Danilov deyib.

Y.Danilov qeyd edib ki, artıq bu istiqamətdə layihələr var və bu layihələr yüksək hazırlıq mərhələsindədir.

İcraçı direktorun fikrincə, əməkdaşlıq və birgə müəssisələrin yaradılması üçün digər məqsədəuyğun sahələr metal emalı, neft maşınqayırması, kimya sənayesi, vaqonqayırma, tikinti materiallarının istehsalı və kənd təsərrüfatı məhsullarının təkrar emalıdır.

O vurğulayıb ki, bu gün Rusiya-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə yüksəlir və iki ölkənin biznes ictimaiyyəti sıx ticarət münasibətlərini inkişaf etdirməkdə maraqlıdır: “Hesab edirəm ki, bu gün ticarət-iqtisadi münasibətlərin sadələşdirilməsinə, Azərbaycan ərazisində Rusiya-Azərbaycan birgə müəssisələrinin yaradılmasına doğru addımlamaq, eləcə də respublikanın tranzit potensialından və texnologiyalardan birgə istifadə etmək vacibdir”.

Eyni zamanda, icraçı direktor qeyd edib ki, ölkələr arasında ticarət potensialını tam şəkildə reallaşdırmaq lazımdır.

Y.Danilov xatırladıb ki, bu il iyulun 17-də Rusiya-Azərbaycan İşgüzar Şurasının iclasının yekununda Şuranın yeni sədri seçilib: “Hazırda Şuranın üzvlük bazası formalaşdırılır, ikitərəfli əməkdaşlıq layihələrinin siyahısı hazırlanır və onların reallaşdırılması üzrə təkliflər irəli sürülür. Yaxın zamanlarda bir sıra mühüm tədbirlərin, o cümlədən Gəncədə 9-cu Rusiya-Azərbaycan regionlararası forumunun, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçirilməsi planlaşdırılır. Bütün bu tədbirlərdə Rusiya-Azərbaycan İşgüzar Şurası fəal iştirak edəcək”.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR