SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin yeni tərkibi təsdiq olunub

10-08-2018, 15:36 | Oxunub: 10 552 |

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin yeni tərkibi təsdiq olunub

Bu gün Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib.

Emtv.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.

İclasda Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyi, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu, qarşılıqlı investisiya qoyuluşlarının və birgə layihələrin həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk sıradadır və ölkəmizin xaricdə ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bununla belə mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

Tədbirdə həmçinin, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə, qarşılıqlı investisiya qoyuluşlarına, işgüzar dairələr arasında mövcud əlaqələrin inkişafına və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd: Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə yaradılıb. İşgüzar Şuranın yaradılmasında əsas məqsəd Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir.

Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının sonuncu geniştərkibli iclası 2017-ci ilin dekabrında təşkil olunub.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR