SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Noyabrın 23-də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə üçtərəfli görüş keçiriləcək

31-10-2018, 17:08 | Oxunub: 10 143 |

Noyabrın 23-də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə üçtərəfli görüş keçiriləcək

Noyabrın 23-də Hindistan, Rusiya və İran arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə üçtərəfli görüş keçiriləcək. Görüşdə Hindistandan Azərbaycandan keçməklə Finlandiyaya qədər uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşıma məqsədilə dəniz, avtomobil və dəmir yolu marşrutunun tezliklə istismara verilməsi ilə əlaqədar məsələlər müzakirə olunacaq.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Ticarət və Sənaye naziri Sureş Prabhu keçən həftə öz ölkəsi ilə Rusiya arasında investisiya və biznes əlaqələrinin artırılması ilə bağlı Rusiyalı işgüzar dairələri ilə keçirdiyi görüşdə bu marşrutun tezliklə işə salınması üçün bütün lazımi məsələlərin həll edilməsinin mümkünlüyünü qeyd edib.

Hindistanlı nazir “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində əməkdaşlığı təşviq etmək və region ölkələri ilə bağlılığı artırmaq baxımından Hindistan, Rusiya və İran tərəfindən irəli sürülmüş mühüm bir təşəbbüs kimi qiymətləndirib.

2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” dəhlizi vasitəsilə 3 həftə olması gözlənilir).

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkən verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik üçün də zəmanət əldə etmiş olacaqlar.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR