18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rusiyanın naziri Bakıya gəlir
Rusiyanın sənaye və ticarət naziri Denis Manturov aprelin 4-də Bakıya səfər edəcək.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Azərbaycan hökumətindən bildiriblər.
Nazirlə yanaşı, Bakıya iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, İKT, avtomobil istehsalı, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox Rusiya şirkətinin nümayəndələri də gələcək.
D.Manturovun səfəri çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə tədbir keçiriləcək. Tədbirə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti v.i.e. Yusif Abdullayev və Rusiya İxrac Mərkəzinin baş direktoru Andrey Slepnev də qatılacaq.
İştirakçılar əlaqələrin möhkəmləndirilməsi üçün gələcək addımları müzakirə edəcəklər.
İşgüzar missiya çərçivəsində müvafiq sahədə bir sıra sazişlər də imzalanacaq.
Seymur Rəhimov
Emtv.az