18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda daha bir ana ölümü - Nazirlik açıqlama verdi - YENİLƏNİB
13:45
Neftçala rayonunda 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayevanın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Səhiyyə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, martın 23-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən G.Abdullayevanın birinci doğuşu olub. Onun bətnindəki dölün çəkisi 5 kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı edilməsi qərara alınıb:
"Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saat sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Artıq hüquq-mühafizə orqanları ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək".
11:01
Neftçalada ana ölümü baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayeva Neftçala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirdikdən sonra halı pisləşib və vəfat edib.
Onun dünyaya gətirdiyi körpə oğlan uşağıdır.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, bu, qadının ilk hamiləliyi olub:
"Döl beş kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı etmək qərara alınıb. Əməliyyatdan sonra qadın palataya köçürülüb. Beş saat sonra 22 yaşlı qadın qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan ölüb.
Hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək".
Faktla bağlı araşdırma aparılır.
Aysu Əliyeva
Emtv.az