SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Qeysəriyyə əməliyyatı zamanı körpə öldü: "Hələ bizdən 300 manat da istəyirlər"

5-09-2017, 13:45 | Oxunub: 11 069 |

Qeysəriyyə əməliyyatı zamanı körpə öldü: "Hələ bizdən 300 manat da istəyirlər"
Qazax rayonunda vaxtından əvvəl qeysəriyyə əməliyyatı ilə dünayaya gələn körpə ölüb.

Emtv.az report-a istinadən xəbər verir ki, Qazax rayon Yuxarı Salahlı kənd sakini, 1989-cu il təvəllüdlü Vusalə Məhəmməd qızı Məmmədrzayeva sentyabrın 2-də saat 20.00 radələrində Qazax rayonunda yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı ilə dünyaya oğlan uşağı gətirib.

V.Məmmədrzayevanın qaynatası Mətləb Məmmədov bildirib ki, gəlini doğuşa 22 gün qalmış əməliyyat edilib və dünyaya oğlan uşağı gətirib. Əməliyyatdan 1 gün sonra uşağın vəziyyəti ağırlaşıb və valideynləri tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

M.Məmmədov nəvəsinin ölümündə qeysəriyyə əməliyyatını aparan cərrah Bünyamin Abbasəliyevi günahlandırıb:

"Biz Bakıda olanda eşitdik ki, gəlinim anası və yoldaşı ilə həkimin yanına gedib və orada qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Həkim əməliyyat üçün 500 manat pul istəyib. Əməliyyatdan əvvəl 200 manat alıb, qalan 300 manatı isə sonra almalı idi. İndi başımıza bucur iş gətirdiyi bəs deyil, başımız öz dərdimizə qarışdığı halda bizim qapımıza gəlib əməliyyatdan qalan 300 manatını istəyir".


Qeyd edək ki, bu, V.Məmmədrzayevanın ikinci qeysəriyyə əməliyyatı olub. İlk əməliyyatı Tovuz rayon Mərkəzi Xəstəxanasında aparılıb və dünyaya qız uşağı gətirib.


Baş vermiş hadisə ilə bağlı, yaxınları həkimdən şikayətçi olaraq onu məhkəməyə veriblər.

Faktla bağlı araşdırma aparılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR