17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda doğuş zamanı körpə öldü
Bu gün səhər saatlarında doğuş zamanı daha bir körpə ölümü qeydə alınıb.
Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Baku Medical Plaza” klinikasında baş verib. Redaksiyaya müraciət edən Mehriban Hüseynova nəvəsinin ölümündə doğuşu həyata keçirən həkim Sevinc Qəhrəmanovanı günahlandırıb. Onun iddiasına görə, həkim uşağı ana bətnində boğub:
“Gəlinim Firəngiz Məmmədova dünən 18:00-da doğuşa girib, bu gün səhər 4-5 radələrində uşağın öldüyü deyilib. Həkim bizi son dəqiqəyə kimi əmin etdi ki, normal doğuş olacaq. Bacarmadığı üçün uşağı ana bətnində boğub. Ana doğuşa gedəndə uşağın ürək döyüntüləri öz yerində idi. Hələ xoşbəxtlikdən anaya nəsə olmayıb, onun üçün də həyati təhlükə yaranıb. Hazırda vəziyyəti kafidir. Həkimin sözü bu oldu ki, uşaq ana bətnində ölüb, qız doğa bilməyib. Bu səbəbdən uşaq boğulub. Bəs doğa bilmirsə, həkim nəyə lazımdır? Deyərdi, qeysəriyyə etdirərdik. Mən özüm də həkiməm. Fikrimcə, ağrıkəsici iynə vurub yatızdırıb, sonra da gəlinimin doğmağa gücü olmayıb”.
M. Hüseynova onu da qeyd edib ki, 9 ay müddətində nə anada, nə də ki uşaqda hər hansı poblem olub: “Analizin cavabları həmişə yaxşı çıxıb. Son dəqiqələrə kimi yoxlatmışıq, bir problem olmayıb. Heç baş həkimi tapa bilmirik ki, şikayət edək”.
Qafqazinfo məsələylə bağlı klinika ilə əlaqə saxlayıb. Həkim Sevinc Qəhrəmanovanın qısa müddət ərzində sadalanan ittihamlara cavab verəcəyi bildirildi. Amma zəngdən bir neçə saat keçsə də klinika hər hansı açıqlama vermədi.
Emtv.az