17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakıda ana doğuş zamanı dünyasını dəyişdi, övladı isə sağ qaldı — TƏFƏRRÜAT
Ötən gün Nizami rayonunda yerləşən 7 saylı doğum evində ölüm faktı qeydə alınıb.
Emtv.az-ın lent.az-a istinadən məlumatına görə, 1987-ci il təvəllüdlü Sultanxanım Mütəllim qızı Mədətxanova doğuşdan sonra dünyasını dəyişib. Doğuş zamanı dünyaya gələn oğlan uşağı isə sağ qalıb.
Doğum evindən verilən məlumata görə, ana dünən səhər doğuşa götürülüb, 4 kq çəkidə oğlan uşağı dünyaya gətirib, təxminən 3-4 saat sonra ilkin ehtimallara görə, ürəyindəki problemlə bağlı dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə göndərilib.
Qeyd edək ki, S. Mədətxanova bu doğuşa qədər dünyaya 2 övlad gətirib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırmalara başlanılıb. Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub, təxminən 20 gün sonra ölümün dəqiq səbəbi məlum olacaq.
Emtv.az