SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Daha bir ana ölümü baş verdi - Bakıda

6-07-2017, 13:03 | Oxunub: 14 315 |

Daha bir ana ölümü baş verdi - Bakıda
Bu gün Bakıda Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib.

Emtv.az xəbər verir ki, Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova trend-ə bildirib ki, 19 yaşlı Nemətova Aysel bu gün səhər saatlarında dünyasını dəyişib. Bu, onun ilk hamilələyi olub.

S.Məmmədova qeyd edib ki, A.Nemətovanın dünyaya gətirdiyi oğlan uşağı tam sağlamdır:

“Uşaq 3 kq 700 qram çəki ilə dünyaya gəlib. Uşaq salamatdır. Ananın özündə isə ağır formalı preeklampsiya xəstəliyi ( hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlik) olub".

Baş mama-ginekoloq əlavə edib ki, qadın zahılıq dövrünün 5-ci sutkasında dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır:

“Bizə araşdırmanın nəticəsi təqdim edildikdən sonra lazımi təhlilləri aparacağıq və bundan sonra da rəy verə bilərik”.

S.Məmmədova qeyd edib ki, bu, 2017-ci il ərzində baş verən 11-ci ana ölümüdür.

Baş mama-ginekoloq builki ana ölümlərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, eyni olduğunu da söyləyib.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, A.Nemətovanınn meyitinin ilkin müayinəsi keçirilib. Məlum olub ki, qanxama baş verdiyindən A.Nemətovanın uşaqlığı əməliyyatla götürülüb. A.Nemətova komada olub, daha sonra isə dünyasını dəyişib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR