17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ana ölümlərinin səbəbi açıqlandı
Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalma qeydə alınıb. Təhlillərin nəticələri göstərir ki, əksər hallarda ana ölümlərinin səbəbi ekstogenikal patologiyadan baş verir.
Emtv.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib. O bildirib ki, xəstələrin sayının artması bu gün anaların müayinəsi və ekstogenikal xəstəliklərin aşkarlanmasının faizini artması ilə bağlıdır: “Aprel ayında bu vaxta qədər 6 aparıcı müəssisələrin həkimləri ana ölümlərinin qarşısını almaq məqsədilə regionlara ezam olunub. Onlar anaları, ailələri maarifləndirir”.
Ana ölümlərinin qeysəriyyə, yoxsa təbii doğuşlar zamanı daha çox müşahidə edilməsinə gəldikdə, S.Məmmədova bu rəqəmin bərabər olduğunu bildirib. “Normal doğuş bir anda patologiyaya çevrilə bilər. Qadın hər ay həkimə müraciət edirsə, həmin qadınların doğuş zamanı fəsadlaşmanın olması riski aşağı olur. Lakin təəssüf ki, adətən bizə ağırlaşmalarla müraciət edilir”.
S.Məmmədova hamilə qadınların əsasən normal doğuşa önəm verdiklərini deyib: “Bu iki proses arasındakı fərqi müəyyən etmək üçün doğuşayardım tibb komissiyasının səviyyəsinə baxmaq lazımdır. Elə doğuşayardım tibb müəssisəsi var ki, orada yalnız fizioloji baxımdan doğuş vaxtı çatmış analar müraciət edir. Üçüncü dərəcəli tibb müəssisələrinə daha çox ağır patologiyalı xəstələr üz tutur. Bu müəssisələrdə qeysəriyyə kəsiyinin faizi respublika üzrə olandan daha çox ola bilər”.