17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ERKƏN DOĞULAN 97 UŞAĞIN HƏYATI XİLAS EDİLİB-NAZİRLİK
Bu gün yeni diridoğulma meyarlarına keçidlə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) brifinq keçirilib.
"EMTV.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan İSİM-in layihələrinin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, 2015-ci ilin yanvar ayının 1-dən diridoğlumanın yeni meyarları qəbul olunub. Prezident İlham Əliyevin 13 iyun 2014 tarixli 550 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda ölkədə diridoğulmanın yeni meyarlarının tətbiqi nəzərdə tutulub.
Nazirlər Kabinetinin 21 oktyabr 2014-cü il tarixli 340 nömrəli qərarı ilə Azərbaycanda bütün səhiyyə müəssisələrində ötən ilin yanvarın 1-dən diridoğulma meyarlarının tətbiqinə başlanılıb.
S.Babazadə əlavə edib ki, son 10 ildə aparılan islahatlar uşaq ölümlərinin sayının azalmasına kömək edib.
Tədbirdə çıxış edən Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, yeni meyarlara görə, hamiləlik müddəti 22 həftədən və doğularkən bədən kütləsi 500 qramdan az olmayan, doğulan zaman bədənin uzunluğu 25 sm və daha çox olan döl diridoğulan hesab olunur: “Hələ 2006-cı ildə ana və uşaqların sağlamlığının qorunması üçün Dövlət proqramı hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) təşəbbüsü ilə Azərbaycan səhiyyə sahəsində hazırlıq işləri yekunlaşdıqdan sonra yeni meyarların tətbiqi öz müsbət nəticələrini göstərib. 2015-ci ildə 22-28 həftə arasında olan 267 nəfər döl dünyaya gəlib və bunlardan 97 uşağın həyatını xilas etmək mümkün olub.
N.Quliyev əlavə edib ki, diridoğulan uşaqlarda sonradan yarana biləcək problemlər yetişməzliyin fəsadlarıdır və körpə nə qədər tez dünyaya gələrsə, sağlamlıqla bağlı problemlər qaçılmazdır”.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov deyib ki, bu gün Azərbaycanda 7 perinatal mərkəz fəaliyyət göstərir. Həmin mərkəzlərin də bütün lazımlı vəsait və dərmanlarla təchizi yüksək səviyyədədir.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib ki, ölkədə vaxtından əvvəl doğulan uşaqların 70 faizi hamiləliyin 33-34-cü həftəsində, 20 faizi isə hamiləliyin 28-33 həftəsində doğulan körpələrdir: “Erkən doğumların sayının azalması üçün qız uşaqlarının müayinəsi, qadının hamiləliyə hazırlıq mərhələsində bəzi amillərə diqqət etmək və hamilənin sağlam olsa belə ən azı 7 dəfə qadın məsləhətxanasına müraciət etməsi məsləhətdir.
Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyasının sədri Leyla Rzaquliyeva deyib ki, sağlam anadan 500 qramdan az uşaq doğulmamalıdır: “Bu da əslində mama-ginekoloqlardan asılıdır. Maarifləndirmə lazımdır. Gərək qadın hamiləliyini planlaşdırsın. Ana gərək vaxtında müayinələrdən keçsin”.