18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakılı məktəbli: Ordubad rayonu ilə tanışlıq yaddaqalan oldu
![]()
Ecazkar təbiətə malik, tarixi abidələrlə zəngin Ordubad rayonu ilə tanışlıq mənim üçün yaddaqalan oldu.
Emtv.az xəbər verir ki, bu sözləri yerli mətbuata müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Elşən Əliyev deyib.
“Azərbaycanın əyilməzlik simvolu olan Əlincə qalasında olmaq çoxdankı arzum idi. Tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerlərində, Culfa rayonundakı Gülüstan türbəsində, Əlincə qalasında və Ordubad rayonundakı görkəmli şəxsiyyətlərin ev-muzeylərində olmaq məni çox sevindirdi. Tarix kitablarından məlumatımız olan bu yerləri əyanı şəkildə görə bilmək imkanım olduğu üçün özümü xoşbəxt hiss edirəm”, - deyən Elşən Əliyev tur-aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib.
Nəzrin Abbaszadə
Emtv.az